Dünya Futbolu

“Mançester Yunayted”in yeni baş məşqçisinin adı açıqlandı

18.12.2018 , 14:59

İngiltərənin “Mançester Yunayted” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Portuqaliyalı Joze Mourinyonun istefaya göndərilməsindən sonra “qırmızı şeytanlar” sabiq futbolçusuna tapşırılıb.  Komandanın yeni baş məşqçisi bu yaxınlarda karyerasını başa vuran Maykl Karrik olacaq. O, mövsümün sonuna qədər komandanın “sükanı arxası”nda olacaq.

Klub rəhbərliyi həmin müddətə qədər baş məşqçi axtarışlarını davam etdirəcək. “Mançester Yunayted” Karriki rəhbərliyi altında uğurlu çıxışla yadda qalsa, onunla da müqavilə imzalana bilər.

Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvü 12 il “Mançester Yunayted”in uğurları üçün çalışıb

Son yazılar

Yuxarı