Çempionlar liqası

“Mançester Yunayted” qələbə üçün heç nə etmədi” – Ronaldo

08.11.2018 , 10:28

“Çempionlar Liqası xüsusi turnirdir. Burada hesabda öndə olsan belə arxayınlaşmaq olmaz. Çünki hər şey ola bilər. Oyun

ərzində üstün tərəf biz idik və çoxlu qol

imkanı yaratdıq. Üç və ya dörd epizodda fərqlənə bilərdik. Amma son dəqiqələrə arxayınlaşdıq və cəzalandırıldıq”.

Bu sözləri “Yuventus”un futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Mançester Yunayted”ə 1:2 hesabı ilə  uduzduqları oyunu şərh edərkən deyib

“Mançester Yunayted” qələbə üçün heç nə etmədi. Onların uğur qazandığını demək düzgün deyil. Çünki oyunu rəqibə hədiyyə etdik. Buna baxmayaraq, başımızı aşağı salmamalıyıq. Biz yaxşı oynadıq və yenə də qrup lideriyik”.

Portuqaliyalı hücumçu vurduğu qol haqda da danışıb: “Paltardəyişmə otağında vurduğum qola təkrar baxdım. Möhtəşəm bir qol olduğunu söyləyə bilmərəm, amma yaxşı zərbə vurmuşam. Qol vurmağımdan məmnunam, amma qələbə qazana bilmədiyimiz üçün təəssüflənirəm”.

Facebook Şərhləri

Son yazılar

Yuxarı