Avropa liqası

Maksim Medvedev: “Nəticə önəmli deyil, əsas odur ki, “Arsenal”ı Bakıya gətirdik”

04.10.2018 , 23:48

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda“Qarabağ” öz meydanında “Arsenal”ı qəbul edib

Elə ilk dəqiqələrdən qapımızda qol gördüyümüz oyun 0-3 hesabı ilə İngiltərə təmsilçisinin xeyrinə başa çatdı. Oyundan sonra Maksim Medvedev jurnalistlərin suallarını cavablandırıb:

– Oyunun məğlubiyyətimizlə başa çatmasına baxmayaraq, futbolçularda yüksək əhval ruhiyyə görürəm. Bu nə ilə bağlıdı? “Arsenal” ilə tanış olduqları üçün?

– Rəqibin kim olmasından asılı olmayaraq, çəkinmədik və baxımlı oyun sərgiləməyə çalışdıq. Özünüz də şahid oldunuz ki, qol epizodlarımız çox oldu. Lakin yararlana bilmədik. Təkrar edirəm, rəqibin kim olmasından asılı olmayaraq, “Qarabağ” çəkinmir və öz oyununu göstərir. Nəticə önəmli deyil, əsas odur ki, “Arsenal”ı Bakıya gətirdik.

– Maksim, erkən qolun rolu məğlubiyyətə təkan verdimi?

– Əlbəttə istəməzdik, elə bir qola imkan verməyi. Lakin bu futboldu hər şey ola bilər. Bu gün çalışdıq ki, oyunu əlimizdə saxlayaq. Lakin “Arsenal” hücuma çıxdıqca qol vurdu.

– İvobini saxlamaqda çətinlik çəkirdin. Lakin ikinci hissədə vəziyyət düzəldi. 

– İvobin fərdi ustalıq sərgiləyən qabiliyyətli bir fubtolçudur. Əlbəttə, onu saxlamaq qəliz məsələdir.

– Mahir Mədətov oyundan çıxanda, azarkeşlər onu fitə basdılar, amma Məsud Özil oyuna girəndə alqışladılar. Kapitan olaraq, sənə necə təsir bağışladı?

– Əlbəttə, bu hərəkət düzgün deyil. Mahir gənc bir futbolçudur. Biz, təcrübəli futbolçular belə, bu cür oyunlardan qabaq həyəcanlanırıq. Mahirin 21 yaşı var və hər yaşıdına “Arsenal” ilə qarşılaşmaq nəsib olmur. Ona görə, ona belə təzyiq göstərmək sadəcə onun potensialını aşağı sala bilər. Bu isə, elə ilk növbədə Azərbaycan futboluna haqsızlıqdır. Məsudun isə bir tərəfi türkdür və onun Azərbaycanda fanatları çoxdur. Ona görə də, bu haqda elə də geniş fikir bildirmək istəmirəm.

 

Facebook Şərhləri

Son yazılar

Yuxarı