“TEB WTA Championships” kubokunu növbəti dəfə başı üzərinə qaldıran amerikalı tenisçi Serena Vilyams İstanbulu gəzməyə çıxıb.
Korner.az-ın məlumatına görə, İstanbulda üçüncü və sonuncu dəfə keçirilən yarışın finalında çinli Li Nanı məğlub edən 32 yaşlı Serena bu gün səhər saatlarında şəhərdə gəzintiyə çıxıb.
Sevgilisiylə alış-veriş edən Vilyams Türkiyəyə gəlmişkən dönərin dadına baxmağı da unutmayıb.