big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

“Məni hamıdan çox “Qarabağ” istədi” – Simeon Slavçev

06.07.2018 , 14:01

“Qarabağ”ın yeni transferi Simeon Slavçev Bolqarıstan mətbuatına müsahibə verib. “Qarabağ”a keçidindən danışan yarımmüdafiəçi son vaxtlar “Sportinq”də baş verən qalmaqallara da toxunub.

– Hər şeydən əvvəl sizi transferiniz münasibətilə təbrik edirəm. Özünüzü necə hiss edirsiniz?

– Təşəkkür edirəm. Bu keçidə görə razıyam və özümü çox yaxşı hiss edirəm. Çünki artıq “Sportinq” nağılı bitdi. Ambisiyalı komanda ilə müqavilə bağladım. Onlar məni çox istədiklərini göstərdilər. Bu klubla müqavilə bağladığım üçün şadam. Karyeramla bağlı düşünülmüş addım atdım.

– Komanda ilə bağlı ilkin təəssüratlarınız necədir? Yeni komanda yoldaşlarınız və məşqçiləriniz ilə görüşmüsünüz?

– Bəli, onlarla görüşmüşəm. “Qarabağ”da yaxşı kollektiv var. Hamı məni çox isti və yaxşı qarşıladı. Tez uyğunlaşmaq üçün rus və ya Azərbaycan dilini öyrənməliyəm. Yaxşı ki, komandada bolqar var. Bu, fiziki hazırlıq üzrə məşqçi Çudomir Çakarovdur.

– Bir az da “Sportinq”dən necə ayrılmağınızdan danışın…

– Klub ətrafındakı bütün qalmaqal və mənfi şeylərdən sonra 1 illik müqaviləmi pozub ayrılmaq qərarına gəldim. Klub rəhbərliyi ilə vəziyyəti müzakirə etdik və onlar yenidən mənə 2-ci komandada oynamağı təklif etdilər. Bu isə mənim xoşuma gəlmədi. Klubda prezident, məşqçilər və futbolçular dəyişirlər. Ümumiyyətlə, balıq başdan iylənir. Ona görə qarşılıqlı şəkildə yollarımızı ayırmaq qərarına gəldik. Məni hamıdan çox “Qarabağ istədi. Ona görə də bu addımı atdım.

– “Sportinq”dəki karyeranızı necə xatırlayırsınız?

– Təəssüf ki, çox mənfi emosiyalarla. Orada tez-tez zədələnirdim və pis insanlar var idi. Onlar mənə özümü göstərməyə imkan vermirdilər. Deyirdim ki, icazə verin, sizəSimeon Slavçevin kim olduğunu sübut edim. Təəssüf ki, mənə real şans vermədilər. Ona görə də karyeramı başqa istiqamətə yönəltdim. Bu təcrübənin mənə gələcəkdə çox köməyi olacaq.

– “Sportinq”dəki rəzaləti və Sinişa Mihayloviçin bir neçə gündən sonra qovulmasını necə şərh edərdiniz?

– Kifayət qədər qəliz vəziyyətdir. Baş məşqçidən məni əsas komandada oynadıb-oynatmayacağını soruşmaq üçün bazaya getdim. Amma onu bir dəfə də olsun görmədim. Bütün bunlar klubdakı biabırçılıqdan qaynaqlanırdı. Hətta komandanı bundan sonra kim, necə çalışdıracaq, bilinmir. Sevinirəm ki, artıq bu hadisələrin içində olmayacağam. “Sportinq” böyük klubdur, amma hazırda nələrsə yolunda getmir.

– Yeni mövsümdə hədəfləriniz nədən ibarət olacaq? Nəzərə alaq ki, “Qarabağ” öz ölkəsinin çempionu kimi Çempionlar Liqasında mübarizə aparacaq…

– Qrupa qədər hələlik keçməli olduğumuz təsnifat mərhələsi var. Hədəflərim çoxdur. İlk növbədə sağlam olmaq, əzmlə və inamlı oynayıb komandamın qarşıya qoyduğu məqsədə çatmağına kömək etmək istəyirəm. Şəxsi hədəfim isə milli komanda ilə bağlıdır.

– Rusiyada keçirilən dünya çempionatını izləyirsiniz? Mundialda azarkeşlik etdiyiniz komanda var?

– Əlbəttə, baxıram. Heç bir oyunu buraxmıram. Çempionat başlayandan favoritim Fransa millisidir. Onlara qarşı oynamışıq, kifayət qədər güclü rəqibdir. Onların finala çıxmaq üçün balanslı komandası və böyük potensialları var.  Bu baxımdan bizimlə seçmə mərhələdə oynayan 2 komandanın dünyanın ən yaxşı 8 yığma arasında olduğunu unutmayaq. Bu, seçmə mərhələni keçə bilməməyimizə haqq qazandırmır. Ancaq bu, göstərir ki, bizim qrup elədəasan deyildi.

– Sizcə, yeni dünya çempionu kim olacaq?

– Düşünürəm ki, çempion Fransa olacaq. Onlara azarkeşlik edirəm. Digər finalçı isə mənim üçün sürpriz olardı.

– Yəqin ki, hər bir futbolçu kimi belə bir turnirdə oynamağı arzu edirsiniz. Necə düşünürsünüz, Bolqarıstanın yaxın illərdə dünya və ya Avropa çempionatına iddia etməyə gücü var? Görürük ki, son vaxtlar güclü və zəif komanda anlayışı yoxdur…

– Bu, olduqca həssas mövzudur, çünki seçmə mərhələlərdə stabil oyun göstərə bilmirik. Amma inanıram ki, növbəti yarışlarda uğur qazana biləcəyik. Gücümüz var. Ötən seçmə mərhələdə Hollandiya və İsveç kimi favoritləri məğlub etdik. Fransaya isə minimal hesabla uduzduq. Bəli, bir çox insan deyir ki, biz heç nə itirməmişik, bu yalnız bir məqsəddir. Amma Argentina da bir top fərqilə Fransaya məğlub oldu  və mundialla vidalaşdı.

– Son sualdır. Yaxın gələcəkdə sizi yerli klublardan birində görə bilərimi?

– Belə bir niyyətim yoxdur. Bütün fikrimi karyeramı ölkə xaricində davam etdirməyə yönəltmişəm. Bu da karyeramda irəliyə doğru bir addımdır. Ölkə xaricində inkişaf etmək üçün yaxşı imkanlarım var. (qol.az)

Son yazılar

To Top