Futbol

Lukaku “Mançester Yunayted”i tərk etmək istəyir

08.12.2018 , 17:43

Belçika milli komandasının futbolçusu Romelu Lukaku İngiltərənin “Mançester Yunayted” klubunu tərk etmək istəyir

Buna səbəb 25 yaşlı hücumçunun baş məşqçi Joze Mourinyo ilə aralarında olan münaqişənin get-gedə dərinləşməsidir. Lukaku klubun start heyətinə az-az düşməsindən narazıdır. O daha çox oynaya biləcəyi komanda tapmaq niyyətindədir.
Qeyd edək ki, Romelu Lukaku “Mançester Yunayted”ə 2017-ci ildə “Everton”dan keçib. Cari mövsümdə o, 14 oyun ərzində 5 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
Əvvəllər Lukaku Belçikanın “Anderlext”, İngiltərənin “Çelsi” və “Vest Bromviç” komandalarında forma geyinib.

Son yazılar

Yuxarı