Futbol

“Liverpul”un müdafiəçisi millimizə qarşı oynamayacaq

11.01.2019 , 17:31

AÇ-2020-nin seçmə mərhələsində millimizi qəbul edəcək Xorvatiya yığması görüşə ciddi itki ilə çıxacaq.

UEFA “damalılar”ın müdafiəçisi Deyan Lovreni bir oyunluq cəzalandırıb. Buna səbəb “Liverpul”un futbolçusunun Millətlər Liqasının qrup mərhələsinin sonuncu turunda evdə İspaniyanı 3:2 hesabı ilə məğlub etdikləri görüşün ardından sosial şəbəkədə rəqib oyunçuları təhqir etməsi olub.

Qeyd edək ki, Xorvatiya – Azrbaycan matçı martın 21-də baş tutacaq.

Son yazılar

Yuxarı