“Liverpul” klubu 2017/18 mövsümündə Çempionlar Liqası turnirində vurduğu qol sayı ilə bir çox azarkeşi təəccübləndirib. Futbolsevərlərin təəccübündən başqa Yürgen Kloppun yetirmələri maraqlı statistik göstəriciyə də nail olublar.
Belə ki, mersisaydlılar bu mövsüm Çempionlar Liqasında vurduğu qol sayı ilə 13 ingilis klubunu öz çempionatında vurduğu qol sayında qabaqlayıb. “Everton”, “Bernli”, “Haddersfild”, “Nyukasl”, “Uotford”, “Vest Bromviç”, “Stok Siti”, “Sauthempton”, “Vest Hem”, “brayton”, “Kristal Pelas” və “Suonsi” komandaları ölkə çempionatında “Liverpul”un ÇL-da vurduğu qoldan daha az qol vura bilib.