big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

LAYİHƏ: “Üzə çıxmayan” gənclər və yalançı rəqəmlər

23.07.2017 , 15:40

Korner.az və Sportfm.az saytlarının "Uşaq futbolu: problemləri aradan necə qaldırmalı?" layihəsi çərçivəsində birinci yazısı
 
Dünyanın aparıcı futbol ölkələrinin federasiyalarının və klublarının, futbol funksionerlərinin xüsusi diqqət yetirdikləri, gələcək üçün həyati əhəmiyyət daşıyan sahələrindən biri uşaq futboludur. Təsadüfi deyil ki, hər il klublar bu sahənin inkişafı üçün külli miqdarda vəsait xərcləyir, beynəlxalq qurumlar tərəfindən yerli federasiyalara maliyyə yardımları ayrılır. FİFA və UEFA ayırdıqları pulun qarşılığında yerli federasiyalardan görülən işlərlə bağlı illik hesabat tələb edir. Bu qədər vacib sayılan bir sahənin sadə və effektsiz nəzarət mexanizmi haqqında bir qədər sonra. Hazırda bu sahədə Azərbaycanda vəziyyət necədir, hansı işlər həyata keçirilib? Maliyyə böhranının yaşandığı indiki dövrdə klublarımız bu sahəyə necə diqqət göstərirlər? Layihə çərçivəsində dərc ediləcək yazılarda bütün bu məsələlərə aydınlıq gətirməyə çalışacağıq. 
 
Qəbul edilən proqram işə yaradımı?
 
Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramının təsdiq edilməsindən sonra futbolumuzda canlanma yaşandı. Proqramın əsas məqsəd və vəzifələrinə Azərbaycanda uşaq-yeniyetmə futbol məktəbləri şəbəkəsini inkişaf etdirmək, futbolda xüsusi istedadı olan uşaqlar üçün ixtisaslaşdırılmış futbol internat məktəblərini, ehtiyat futbolçu hazırlığı üçün bölgə və respublika mərkəzlərini yaratmaq maddəsi daxil edilmişdi. Ancaq təəssüflər olsun ki, bu maddə elə kağız üzərində qaldı. Düzdür, bir neçə klubun nəzdində uşaq-futbol akademiyaları fəaliyyətə başladı, SSRİ dönəmindən qalma bir neçə uşaq-gənclər idman məktəbində futbol bölməsi yaradıldı. Lakin, görülən xırda-para işlər "gözdən pərdə asmaq” məqsədilə edildi. Əsas iş isə yaddan çıxdı. Yeniyetmələr və gənclər arasında "ecazkar oyun”un təbliğatı aparılmadı. Gənclərimiz futbol internatlarının "üzünü” görmədi, futbola kütləvi axın müşahidə olunmadı. Köhnə qayda ilə çalışmağa davam edən futbol məşqçilərimizin bir çoxu isə ümumiyyətlə 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramında belə bir maddənin olmasından xəbərsiz halda işlərinə davam etdi. Yeni proqramla işləmənin nə olduğunu bilməyən məşqçilər və idarəçilər sonradan ortaya çıxacaq fəsadlardan xəbərsiz idi. Zaman keçdikcə xüsusi istedadı olan uşaqlar itib-batdı, bəziləri isə AFFA-nın təşkil etdiyi uşaq turnirlərində, "Sabahın ulduzları”nda özlərini yaxşı tərəfdən göstərərək, "yuxarıya çıxa” bildi.
Proqramın əsas istiqamətlərindən biri olan ehtiyat futbolçu hazırlığı üçün bölgə və respublika mərkəzlərini yaratmaq ideyası ətrafında isə qətiyyən iş görülmədi. Ölkəmizdə istedadlı futbolçuların yetişdiyi Tovuz, Sumqayıt, Gəncə, Mingəçevir Qusar, İmişli və digər bölgələrimzdə gənclərin hazırlığında heç bir yenilik və dəyişiklik olmadı. Hətta ölkə çempionatında çıxış edən klublarımıza ayrılan diqqətin və maliyyə vəsaitinin fonunda bu sahəyə "bir qara qəpik” belə yatırılmadı. Komandalar əsasən legioner futbolçular hesabına güclənirdisə, uşaq futboluna diqqət günü-gündən azalırdı. 17-18 yaşlı gənclər əsas komandaya düşmək şansı olmadığından futbolla vidalaşırdı. Bəzi gənc futbolçular isə futzala, çimərlik futboluna üz tuturdu. Bölgələrdə belə bir acınaqlı vəziyyətlə paralel olaraq, proqramda respublika mərkəzlərinin yaradılması məsələsinin üstündən isə ümumiyyətlə keçildi. Ölkə ərazisində adı olub, özü olmayan belə mərkəzlər "işə başlasa”da, onların gördüyü "işi” görmək mümkün olmadı. 
 
Olan və olmayan futbol məktəbləri!
 
Azərbaycan Respublikasında futbolun inkişafının əsas istiqamətlərindən biri kimi isə ümumtəhsil, orta ixtisas və ali məktəblərdə futbol bölmələrinin açılması, şagird və tələbələrin futbol üzrə çempionatlarının təşkil edilməsi, məhəllə komandaları arasında futbol üzrə yarışların keçirilməsi, mövcud və yeni açılacaq uşaq-gənclər idman və internat məktəblərində qadın futbolu üzrə tədris qruplarının yaradılması, ölkənin bütün bölgələrində istedadlı uşaqlar üçün futbol məktəblərinin inşa edilməsi də icra olunmadı. Dövlət proqramından gözlənilən nəticələrin əldə edilməməsi, ölkənin ümumtəhsil məktəblərində, ali və orta ixtisas təhsil müəssisələrində, uşaq-yeniyetmə idman məktəblərində futbolla məşğul olan uşaq, yeniyetmə və gənclərin sayının artmasına təsir etməməsi sonrakı illərdə futbolumuzun bu sahədə "yerində sayması”na gətirib çıxardı. 
Ölkənin bütün bölgələrini əhatə edən futbol sahəsində istedadlı uşaqlar üçün ixtisaslaşdırılmış regional internat məktəblərinin yaradılması üçün əməli işin görülməməsi onsuzda bərbad vəziyyətdə olan bu sahədə olan böhranı daha da dərinləşdirdi. Gənclərin üzə çıxarılması üçün ayrılan maliyyə vəsaiti "göyə sovruldu”. Kiçik istisnalar olmaqla, bu səhə yerində saydı. İcrası Azərbaycan Respublikasının Nazirlər Kabineti, Gənclər, İdman və Turizm Nazirliyi, Ədliyyə Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına həvalə edilən proqramın həyata keçirilməsi üzrə tədbirlər planını təsdiq etsə də, yetərli kadrların olmaması, maliyyə vəsaitinin düzgün bölünməməsi bu istiqamətdə işlərin təkmilləşdirilməsinə imkan vermədi. Rəqəmlər isə yalandan, şişirdilərək arta-arta gedirdi. Hesabatlarda əksini tapan əsas məqamlarda "sürətli inkişaf”dan dəm vurulur, tezliklə Azərbaycan futbolunun səviyyəsinin Avropanın aparıcı futbol ölkələri ilə eyni olacağı bildirilirdi. Bu proqramdan bəhrələnən yeniyetmə və gənclərin tezliklə yığmamıza böyük fayda verəcəyi, tanınmış klubların heyətlərində çıxış edəcəyi deyilirdi. Ancaq, deyilənlərin və yazılanların heç biri olmadı.
Böyük maliyyə axınının qarşılığında ölkə çempionatına dəvət edilən səviyyəli və səviyyəsiz gəlmələr ciblərini doldurdu. "Peraşki dövrü”nü arxada qoyan yerli futbolçular səviyyələrini artırmaq, güclərini xaricdə sınamaq əvəzinə haqq etmədikləri böyük pullar qazanmağa başladı. Hətta, ölkə xaricində Azərbaycanı layiqincə təmsil edən bir çox oyunçu geriyə döndü. İstedadlı gəncləri üzə çıxarmaq mümkün olmadı. Səbəb çoxdur, niyəsinin isə sayı-hesabı yoxdur. Əvvəlcə ondan başlayaq ki, proqramda yazılanların icrası üçün ölkədə yetərincə futbol mütəxəssisinin olmaması işə yetərincə ciddi mənfi təsir göstərdi. İmperiyanın dağılmasından sonra ölkə futboluna ayaq açan kənar şəxslərin çoxluğu, infrastrukturanın bərbad vəziyyətə salınması, vaxtilə pulun yoxluğu ucbatından Azərbaycanı tərk edən məşhur futbol adamlarının təcrübəsindən yararlana bilməmək kimi fəsadları aradan qaldırmaq mümkün olmadı. Dövlət proqramının qəbulundan bir il sonra verilən hesabatlarda artıq Azərbaycanda futbol sahəsində istedadlı uşaqlar üçün ixtisaslaşdırılmış regional 4 internat məktəbinin əsas qoyulduğu qeyd olundu. Bölgələrində istedadlı uşaqlar üçün 5 futbol məktəbinin inşa edilməsi ilə bağlı qərar verildiyi nümayiş etdirildi. Təbii ki, bütün bunlar ancaq kağız üzərində idi. Yalnız qadın futbolu ilə bağlı hesabatda əks olunan işlərin bir qismi yerinə yetirilmişdi. "Görülən işlər” yarımçıq şəkildə, yenə kiminsə gözünə kül üfürmək üçün edilirdi. Reallıqda isə ortada uzun müddətli, ölkə futboluna çox böyük fayda verə biləcək proqramın həyata keçirilməsi istiqamətində əməli iş görülmürdü. Bəs, hər şey bu qədərmi pis vəziyyətdə icra olunurdu, yoxsa istisnalar var idimi? Əlbəttə, belələri yox deyildi. Uzun illər ərzində yerində sayan Azərbaycan futbolunda yeni gənclərin peyda olmasına, istedadların üzə çıxmasına çalışanlar kimlər oldu? Növbəti yazıda…
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Son yazılar

To Top