big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

LAYİHƏ: Top oyununa sevdalı ürəkdə gözlənilməz ağrı

04.11.2017 , 10:18

Fotoda yuxarıda soldan birinci 

Korner.az və Sportfm.az saytlarının "Futzal: klublarımız haqqında bilmədiklərimiz və ölkə futzalında iz buraxanlar" layihəsi çərçivəsində ikinci yazısı

Ötən yazıda Azərbaycan futzalının əfsanə isimlərindən biri olan Allahverdi Babayevi az da olsa, tanıda bildik. Bu dəfə parketin üzərində xarüqələr yaradan digər sabiq oyunçununun karyerası haqqında məlumat verməyə çalışacağıq. İlqar Abdulov – bu adı ortayaşlı hər bir futzalsevər çox yaxşı xatırlayır. Çoxları deyir ki, o qapıya, qapı isə ona yaraşırdı. Bəs, İlqar özü nə deyir? İlk addımlarını harda atıb? Söhbətə məhəllədə necə futbol oynamağından başladı: “Mən də hər bir kiçikyaşlı uşaq kimi səhərdən-axşama qədər məhəllədə top qovurdum. Düz-əməlli topumuz belə yox idi. Amma həvəsimiz vardı. Tərin-suyun içində evə gələndə hamı deyinirdi. Əlimə imkan düşən kimi, həyətə qaçırdım. Məndə futbola marağı atam oyatmışdı. Özü dostları ilə futbol oynamağa gedəndə, mənidə aparırdı. Atam çox yaxşı futbol oynayırdı. Köhnə “Spartak” stadionunda, Ənvər müəllimin(soyadını xatırlamadı – red.) rəhbərliyi altında çıxış edib. Mən isə futbolda ilk addımlarımı Hüseyn müəllimin(soyadını xatırlamadı – red.) yanında atmışam. Rizvan Fərzəliyev də orda oynayıb. Onda mənim 12 yaşım vardı”. 
Bir müddət məşq etdikdən sonra İlqarın dünyalar qədər çox sevdiyi top oyunundan ayrı düşmək təhlükəsi yaranıb. Sən demə, məhəllədə futbol oynayarkən onun daim qapıda durması əbəs yerə deyilmiş: “Məşqlərə başlayanadan bir müddət sonra ürəyimdə ağrılar hiss etdim. Valideynlərim həkimə apardı. Müayinədən sonra məlum oldu ki, mənim ürəyimdə problem var. Blokada adlanan xəstəliyimin olduğu üzə çıxdı. Həkimlər meydanda qaçmağı mənə qadağan etdilər. Futboldan ayrı qala bilməzdim! Məcburiyyətdən qapıya keçdim. Bununla da qolkiper karyeram başladı. Mənə güclü fiziki təmrinləri yerinə yetirmək olmazdı. Həkimlərdən xahiş etdim ki, heç olmasa qapıda dayanım. Onlara dedim ki, qapıçı oyuna nadir hallarda daxil olur. Birtəhər razı sala bildim. Yaxşı xatırlayıram, iki il müalicə olundum. Blokada adlanan xəstəlik idi”.

Müalicə aldığı müddətdə yüngül məşqlərə üstünlük verən Abdulov yavaş-yavaş qapıda yerini möhkəmlədir:”Qapını qorumaq xoşuma gəlirdi. Təbii ki, yeni-yeni əlcəkləri əlimə geyinəndə pis olurdum. Bütün uşaqlar kimi, meydanda qaçıb, mübarizə aparmaq, qol vurmaq istəyirdim. Ancaq futbolu atmaq qorxusu məni sarsıtmışdı. Düşünürdüm ki, qapıçı olmasam, futboldan birdəfəlik gedə bilərəm. Ona görə əlcəkləri möhkəmcə əlimə sıxmalı idim. Belə də etdim. Düzdür, ilk illər çərçivəni qorumaq baxımından problemlərim vardı. Pis dayanmırdım, amma yaxşı da demək olmazdı. Ürəyimcə deyildi(gülür – red.).”
Veteran futzalçı haqda yığmamızın sabiq qapıçısı, bir dönəm İlqar Abdulovla meydanda rəqib, kənarda dost olan, hazırda “Araz” komandasının idman direktoru vəzifəsini daşıyan Marat Salyanski də danışmağı özünə borc bildi:”İlqarı 20 ildir tanıyıram. Futzala gəlişimiz demək olar ki, eyni vaxta təsadüf edib. Mən deyərdim ki, o dövrünün ən güclü çərçivə qoruyucularından biri idi. Onunla bir klubda oynamaq mənə nəsib olmadı. Ancaq millidə birlikdə çıxış etmişik. Onda yığmada Rauf Hüseynov da oynayırdı. Ümumiyyətlə düşünürəm ki, Azərbaycan futzalında 3-5 güclü qolkiper olubsa, onun biri Abdulovdur. Həmişə deyirlər ki, futzalda qapıçı komandanın yarısı hesab edilir. Mən daima bu fikir beynimdə meydana çıxırdım. Millinin təlim-məşq toplanışlarında ampluamız eyni olduğu üçün daim bir otaqda qalırdıq. İnsan kimi də, komanda yoldaşı kimi də, İlqar əvəzolunmazdı. Təəssüflər olsun ki, karyerasını tez bitirdi. Oynamağa davam etsəydi, İlqar indi də meydana çıxıb, qapıda əla dayanardı”.

Bütün uşaqlar karyerasına futboldan başlayan Abdulovun futzala gəlişi də maraqlı alınıb:”Biz yaşıl meydanda məşq edəndə, “Neftçi”nin futzal komandası zala gəlirdi. Məşqdən çıxıb onları seyr edirdim. Futzala marağım böyük idi. Uşaq yaşlarından “Neftçi”nin veteranlardan ibarət futzal komandasının oyunlarına baxırdım. Asim Xudiyev, Əbdülqəni Nurməmmədov, Şakir Qəribov və digərlərini izləmək mənə zövq verirdi. İllər keçdikcə bu idman növünə ürəkdən “bağlandım”. Boyum da çıxmadı. Futbolda qısa boylu qapıçılara uğur qazanmaq çox çətindi. Çıxışlarda uduzurdum. Mənim fikrimcə, böyük futbolda qapıçı olaraq sözünü demək istəyirsənsə, boyun heç olmasa 185 sm olmalıdı. O da məndə yox idi, ona görə özümü futzalda sınamağa qərar verdim. Belə qərar verməyimdə rəhmətlik Oqtay müəllimin(Oqtay Heybətov – red.) də rolu oldu. Allah ona qəni-qəni rəhmət eləsin. Oqtay müəllimin qardaşları – Etibar və mütəllim futzalçı idi, Yüksək Liqada oynayırdılar. Tək məni yox – Ağatahir Əzimovu, qardaşı Elçini, Rəfael Abdulovu və bir çox oyunçunu futzala qazandırdı. Yaxşı yadımdadı, bir dəfə Ağatahirgilin çıxış etdiyi komanda yoldaşlıq görüşü keçirirdi, bu zaman ordan avtomobillə keçən Oqtay müəllim atamı görüb saxladı, yaxın dost idilər. Dedi ki, iki yaxşı oynayan futbolçu lazımdı. Atam Ağatahiri və qardaşını göstərdi. Bir neçə vaxtdan sonra hər ikisi futzal yığmamızın şərəfini qorumağa başladı. Oqtay müəllim belə adam idi. İstedadları itməyə qoymurdu. İndi onun kimi adamlar yoxdu”.

Hazırda əlcəklərini mıxdan asan sabiq bir nömrə yığmadakı günlərini yada saldı:”1999-cu ildən yığmanın heyətinə cəlb olunmağa başladım. İndiki kimi yadımdadı, bir il idi futzaldan uzaqlaşmışdım. İdman Akademiyasına(ADBTİA – red.) getmişdim, orda Şakir Qəribovla rastlaşdım. Oqtay müəllim də yanında idi. Onlar Zeynal Zeynalovla söhbət etməyə gəlmişdilər. Onu gözləyirdilər, bu əsnada mənə təklif etdilər ki, “Avtomobilçi”yə keçim. Onda onların əsas qapıçısı Rauf Hüseynov “Azneftyağ”a getmişdi. Onlara qapıçı lazım idi. Razılaşdım. O dövrdə “Avtomobilçi”də İlqar Aslanov, Nəsimi Nuriyev kimi çox təcrübəli futzalçılar oynayırdı. Onlarla bir komandada oynamaq böyük məsuliyyət tələb edirdi. Hər ikisi yığmamızın əvəzolunmaz üzvləri idi. Beləcə yeni komandamın sıralarına qoşuldum”. 
1997-ci ildə “Avtomobilçi”nin heyətində özündən söz etdirməyi bacaran Abdulov daha sonra “Viləş”, “Gömrükçü”, “Turan AİR” kimi klubların şərəfini qoruyub. 1999-cu ildən milli komandamızın sıralarına cəlb edilən sabiq futzalçı 2004-cü ildə yığma karyerasını başa vurub. Yığmada 1-inci olmaq uğrunda mübarizə apardığı Marat Salyanski səfərlərin birində başlarına gələn hadisəni xatırlayıb gülür:”Çempionlar Liqasının oyunu üçün Latviyaya yola düşmüşdük. Həmin vaxt birlikdə AMMK komandasının heyətində yer alırdıq. Matçlar paytaxt Riqada keçirilirdi. İstirahət günü İlqarla şəhərə gəzməyə çıxdıq. Şəhərin mərkəzinə getmək üçün tramvaya mindik. Biraz sıxlıq idi, cəmi bir boş yer vardı. İlqar mənə oturmağı təklif etdi. Dedim ki, oturmaq istəmirəm. Sözün düzü, mənə şübhəli gəldi. Baxıram hamı ayaqda, bir boş yer var, amma orda heç kim əyləşmir. İlqar dedi ki, sən oturmunsansa, mən otururam. Və oturdu. Bir dəqiqə sonra arxadan tramvayın konduktoru bizə yaxınlaşdı. İlqara yerindən durmasını xahiş etdi. O da təbii ki, qalxdı. Sən demə həmin yer konduktor üçün nəzərdə tutulubmuş. Biz bilmədiyimiz üçün İlqar əyləşmişdi. Tramvaydan düşəndən sonra bir xeyli güldük. Təbii ki, biz başqa ölkələrdə dəfələrlə tramvaya minmişdik. Ancaq onlara xüsusi yerin ayrıldığını ilk dəfə idi görürdük”. 
Bəs, necə oldu ki, Azərbaycanın aparıcı futzal klublarında çıxış edən, milli komandanın şərəfini qoruyan Abdulov çox gənc yaşlarında “parketlə” vidalaşdı? Abdulov bunu o dövrdə baş verən proseslərlə bağladı:”Bilirsiniz, 90-cı illərin sonunda güclü futzal çempionatı vardı. Maraqlı rəqabət yaşanırdı. Oynamağa həvəs, meydana çıxmağa istək həddindən artıq çox idi. 2000-ci illərin əvvəlində də Azərbaycan çempionatı yüksək səviyyədə keçirdi. Sonra yavaş-yavaş klublar zəifləməyə başladı. Maliyyə çətinliyi yarandı. Əvvəl deyək ki, futboldan futzala gəlirdilərsə, 2004-05-ci illərdə oyunçular əks marşrutla hərəkət etməyə başladı. Zədəm də vardı. Uzun müddət ağrılar məni rahat buraxmırdı. Ona görə 25 yaşım olanda karyeramı bitirməyi qərara aldım. Düzdür, ondan sonra xeyli təklif oldu. Ancaq qərarım qəti idi”. 
Qeyd edək ki, hazırda İlqar Abdulov Bakı şəhəri, Yasamal rayonu, 18 saylı orta məktəbdə idman müəllimi və çimərlik yığmamızda qapıçılarla çalışır.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Son yazılar

To Top