big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

LAYİHƏ: SSRİ yığmasında oynayan azərbaycanlını uçuran “”Xəzri” küləyi”

31.12.2017 , 09:00

Korner.az və Sportfm.az saytlarının “Futzal: klublarımız haqqında bilmədiklərimiz və ölkə futzalında iz buraxanlar” layihəsi çərçivəsində on beşinci yazısı

Bir çox uşaq kimi, onu da atası futbola aparıb. Topla ilk tanışlığı 6 yaşına təsadüf edən qəhramanımız bir neçə il gənclərdən ibarət komandada top qovub. Daha sonra peşəkar karyerası başlayıb. İbrahim Həsənovun futzala gəlişi təlatümlü 90-cı illərin əvvəllərinə təsadüf edib:“1991-ci ilə qədər böyük futbol oynamışam. Futzala gəlişim də elə böyük futbola görə olub. 1988-ci ildə Azərbaycanda futzal üzrə ilk peşəkar klub yaradan Namiq Dadaşov mənim oyunumu daim izləyirdi. Həmin vaxt o “Azadə” futzal klubunun direktoru idi. Bir dəfə mən komanda yoldaşlarımla futbol oynayırdım. Oyundan sonra Namiq müəllim mənə yaxınlaşaraq, futzal komandasına qoşulmağı təklif etdi, çox maraqlı bir idman növünün olduğunu bildirdi. Açığı o deməmişdən qabaq mən futzalın nə olduğunu bilmirdim, futzal haqqında heç nə eşitməmişdim. İzah etdi, mənə də maraqlı gəldi, düşündüm ki, özünü sınamağa dəyər. Gedib özümü yoxladım, xoşuma gəldi. İlk illər “Xəzri” komandasının heyətində oynamağa başladım. Futzalla bərabər böyük futbolla da əlaqəni kəsməmişdim, paralel olaraq orda da çıxış edirdim. Ancaq bilirdim ki, gec ya tez, seçim etmək lazım olacaq. Həmin seçim isə məhz 1991-ci ilə təsadüf etdi. Bir qədər götür-qoydan sonra futzalı seçdim və  futbolla birdəfəlik vidalaşdım. Bundan sonra  mənim futzalçı karyeram başladı. Ancaq etiraf etmək lazımdır ki, böyük futbol olmasaydı, futzalçı da ola bilməyəcəkdim”.

1991-ci ildə Sovet İmperiyasının “caynaqlarından” qurtula bilməyən Azərbaycanın klubları da məcburən Moskvanın keçirdiyi yarışlara qatılmalı idi:”1991-ci ildə biz ilk SSRİ çempionatına yollandıq. Oyunlarda özümü yaxşı tərəfdən göstərdim. Bunun nəticəsi kimi, həmin ildə Rimko soyadlı baş məşqçi (adını xatırlamadı – red.) mənim oyunumu bəyənərək, SSRİ yığmasına cəlb etdi. Bu mənim üçün böyük uğur idi. SSRİ forması ilə 4 görüşdə meydana çıxdım. Hamısı yoldaşlıq oyunları idi. Qazaxıstan, Gürcüstan, İran və Azərbaycan klublarına qarşı yoldaşlıq matçlarında meydanda oldum. Bir müddət sonra isə SSRİ-nin dağılması ilə yığma komandada ləğv edildi. İlk klubum olan “Xəzri”də 1994-cü ilə qədər qaldım. “İka” ləqəbini də elə “Xəzri”də top qovanda verdilər. Daha sonra “Azadə” klubunun formasını daşıdım. İlk çempionluğumu da məhz orda qazandım. Bundan sonra “Neftçi” komandasından dəvət aldım. Bu komandada az vaxt keçirmədim, 1998-ci ilə qədər “Neftçi”nin şərəfini qorudum”.

SSRİ yığması tarixin yaddaşına gömüldükdən sonra “İka” doğma Azərbaycan millisinin formasını daşımaq üçün 4 il gözləməli olur:”Yaxşı yadımdadı, millimiz birinci dəfə 1993-cü ildə bir araya gəldi, yalnız məşqlə kifayətləndik, ondan iki il sonra artıq turnirə qatıldıq. 1995-ci ildə milli komanda formalaşdırıldı. Heyətdə məndə vardım. İlk səfərimiz Hollandiyaya oldu. Orda Avropa Çempionatının seçmə mərhələsinin qarşılaşmaları keçirilirdi. Daha sonra yoldaşlıq oyunlarında iştirak etdik. 1998-ci ilə qədər millidə kapitan olmuşam. Elə həmin il Belçika ilə keçirdiyimiz dünya çempionatının seçmə mərhələsinin matçını heç vaxt unutmaram. Onda heyətdə Ağatahir Əzimov, Mahir Eyniyev kimi futzalçılar vardı. Final mərhələsinə düşmək üçün 12 saniyə dözməli idik. Ev sahibi komandaya qarşı mübarizə aparırdıq. Ancaq təəssüf ki, alınmadı, hesab 3:3 olarkən, qol buraxdıq və mundiala yollana bilmədik”.

Həmin dramatik görüşdən sonra millimizdə forma geyinən bir çox futzalçı kimi Həsənov da parket üzərində çıxışını başa vurur:”1998-ci ildə futzalçı karyerama nöqtə qoydum. Bir il sonra məşqçilik fəaliyyətinə başladım. İlk çalışdığım komanda “Avanqard” oldu. Bu klubla ölkə çempionatının bürünc medallarını qazandım. 2000-ci ildə “Çaşıoğluspor”dan gələn təklifi geri çevirmədim. Yeni yaranan və gənc oyunçulardan ibarət kollektiv idi. Azərbaycan çempionatında  dördüncü yeri tutduq. Daha sonrakı 4 il “Ekol” klubunun baş məşqçisi oldum. “Ekol”dan sonra “Bakı”ya keçdim”. 

Oyunçu kimi 4 dəfə Azərbaycan çempionu olan İbrahim bəy MDB məkanında belə adından söz etdirə bilib:”Sovet dağılandan sonra MDB yarandı. Hər il bu quruma üzv olan ölkələrin çempionatlarından ən yaxşı 12 futzalçını seçirdilər. 1993-cü ildə onlardan biri mən oldum. Dəfələrlə MDB ölkələrinin klublarının iştirak etdiyi “Avrasiya oyunları” turnirində iştirak etmişəm”.

Futzalçıların 40 yaşlarına qədər meydanda ola biləcəyi ilə bağlı məsələyə Azərbaycan yığmasının ilk kapitanının öz izahı var:”Əksər zamanlarda futzalçıar karyerasını gec bitirir. İdman elədir ki, yaş artsa belə, insan öz üzərində çalışarsa, stabil səviyyədə çıxış edə bilər. Ancaq bir məsələ var ki, daha da güclü olmaq mümkün deyil. Ən azından bunu mən özüm hiss etmişəm. Futzalçı karyeramı erkən başa vurmağımın səbəbi budur(34 yaşında – red) . Daha güclü çıxış edə bilməyəcəyimi görüb, oynamaqdan əl çəkdim. Bəli, ola bilər ki, əvvəlki kimi oynaya biləcəkdim, ancaq mən futzalı zirvədə tərk etmək istədim(gülür). Hazırda “Tahir”(Ağatahir Əzimovu nəzərdə tutur – red.) bütün stereotipləri sındırır. O dünyaya nümunə ola biləcək idmançıdır”.

Böyük futbolu atıb, futzal oynamağa başlayan İbrahim Həsənov sonradan bu idman növünə niyə vurulduğuna aydınlıq gətirdi:”Açığı, burda böyük pullar yox idi, maddiyat düşünən insan futzal oynamamalıdır. Ancaq bu idman növü mənə doğma gəlir, uşaq vaxtı məhəllədə oynadığım vaxtlarım yada düşür. Doğrudu, mən böyük futbolda “Gənclik”, “Bakılı” kimi komandalarda çıxış etmişəm. SSRİ çempionatının 9-cu zonasında top qovurdum. Mənim futbol oynayanda Azərbaycanda hücumçu mövqeyində rəqabət həddindən artıq çox idi. Onda İsgəndər Cavadov, Maşallah Əhmədov, Səmədağa Şıxlarov və s. kimi adlı-sanlı futbolçular vardı. Futzalda meydana çıxdığım ilk vaxtlar hiss etdim ki, bu idman növündə qabağa gedə bilərəm”. 

Oynadığı dönəmlərdə ölkə xaricindən dəvətlər alan İbrahim bəy Azərbaycandan kənarda çıxış etsə də, tez bir zamanda Bakıya qayıdıb:”Futzal karyeramda xarici klublardan da təkliflər almışam. Rusiyanın yüksək liqasına yüksələn “Sarqon” komandası məni heyətində görmək istəyirdi. Eyni zamanda “Dina-MAB”da(Rusiya “Dina”sının gənclərdən ibarət komandası – red.) mənimlə maraqlanırdı. Onlar “Sarqon”a nisbətən güclü idi. Onlar mənə rəsmi dəvət göndərdilər. Həmin vaxt bu klub Rusiya çempionatında gümüş medalları qazanmışdı. Fikirləşdim və Moskvaya yollanmağa qərar verdim. Burda qısa müddət oynadım, 5 aya yaxın legioner karyerası yaşadım. Sözün düzü bəzi çətinliklərlə qarşılaşdım. Moskvada mənzillə bağlı problem oldu. Bundan əlavə, həmin vaxtlar ailə həyatı qurmuşdum. Belə demək olarsa, Bakı ilə Moskvanın arasında qalmışdım. Asan məsələ deyildi. Bir müddət sonra Azərbaycandan geri çağırdılar. “Xəzri” klubu istədiyim məbləği ödəməyə razı idi. Həm də darıxırdım. Bir sözlə, “külək” yenə məni vətənə qaytardı. Amma indi düşünürəm ki, qalmağım karyeram üçün daha yaxşı olardı, sadəcə bir az dözmək lazım idi. Mən isə bunu bacarmadım. Nə etmək olar? Belə alındı. Bəlkə də orda qalsaydım, milli komandamıza daha çox xeyir verə, özümü inkişaf etdirə bilərdim. Təəssüf ki, şərait istənilən kimi olmadı. Yaxşı təcrübə toplamaq imkanım vardı. Həmin vaxt ruslar futzalda bizdən irəlidə idi. Onların klublarını əsasən xarici məşqçilər çalışdırırdı. Ancaq nə etmək olar, belə alındı və peşman deyiləm. Onda 9 qat Rusiya çempionu, Çempionlar Liqasının qalibi olan “Dina” komandası dünyanın ən güclü klublarından biri hesab edilirdi. Yəqin ki, öz üzərimdə çalışsaydım, ora düşə bilərdim. Ancaq bunu etmədim. 1991-ci ildə mən “Xəzri”nin heyətində olarkən, Moskvanın “Real” klubu ilə oynayırdıq. Baş məşqçimiz Mehdi Nəcəfov idi. Rafiq Əlizadə(“Neftçi”nin sabiq futbolçusu – red.) həmin qarşılaşmanı seyr edirdi. Onda o “Dina”nın idman direktoru idi. Elə oldu ki, “Real”ı 9:4 hesabı ilə məğub etdik. Matç bitəndən sonra mənə yaxınlaşıb gözəl oyuna görə təşəkkür etdi. Hesab edirəm ki, Azərbaycanın ən güclü futzalı həmin dövr olub. Bizim nəsildən bir Ağatahir Əzimov qalıb. O məndən 10 yaş kiçikdir. Ağatahir indi də oynayır. Mən onun oyununa baxanda həzz alıram (gülür)”. İndiki gənclərə özümün və Ağatahirin karyerası kimi zəngin karyera arzulayıram(gülür). Azərbaycan millisinin kapitanı və idman ustası olmuşam. Başım üzərinə xeyli sayda kubok qaldırmışam. Həyatda bundan gözəl nə ola bilər? 90-cı illərdə maddi çətinliklərə baxmayaraq, futzalçılarımız daha çox səfərlərə gedirdi. Güclü komandalarla qarşılaşırdıq. İndi belə şeylərdən əsər-əlamət qalmayıb. Heç bir klub ölkə xaricinə çıxmır. Həmin vaxtlar bizim futzal yığmamızda legionerin oynaması mümkün deyildi, çünki yerli oyunçular çox güclü idi. “Azərbaycanın Pelesi” Mahir Eyniyev vardı. Mən Nəsimi Nuriyev, Mahmud Mahmudov, Rauf  Hüseynov kimi oyunçularla bir komandada oynadığım üçün özümü xoşbəxt sayıram. Çox adlar çəkmək olar. Rizvan Fərzəliyev və Vitali Borisov uzun illərdir yüksək səviyyədə çıxış edir. Xətai Bağırovun da adını çəkə bilərəm. Öz üzərində işləyir. İndi millimizdə braziliyalılar oynadığı üçün çoxlu sayda yaxşı futzalçımız yoxdur. Dünyanın hər yerində onlar 5-6 il bir ölkədə çıxış etdikdən sonra yığmaya götürülür. Bizdə isə braziliyalı gəlir, 2 gün sonra isə yığmamızın heyətində meydana çıxır. Ona görə də futzalçı yetişmir”. 

Fotoda ayaq üstə İbrahim Həsənov və veteran qapıçı Rauf Hüseynov

Təcrübəli mütəxəssis ölkə futbolunda onun rəhbərliyi altında çıxış edən bir çox futbolçuların adlarını da açıqladı:”Mən sizə bir faktı deyim. Rəşad Sadıqov(“Qarabağ”FK-nın kapitanı – red.) mənim rəhbərliyim altında futzal oynayıb. “Çaşıoğluspor” komandasında bir il mən onun baş məşqçisi olmuşam. Bu haqda heç yerdə yazılmayıb. Həmin il Rəşad mənim ilk “dördlüyüm”də oynayırdı.  Onunla yanaşı, “Neftçi”nin futbolçusu olmuş Rəşad Abdullayev, Rizvan Fərzəliyevin böyük qardaşı Fuad Fərzəliyev də bizimlə birlikdə idi. Rəşad Sadıqov futzalda əla oyun nümayiş etdirirdi. Bundan başqa Ceyhun Sultanov da uzun müddət futzal oynayıb, özü də yüksək səviyyədə. Zaur Ramazanovun birinci peşəkar baş məşqçisi mən olmuşam. “Zayka”nın(Zaur Ramazanovun ləqəbi – red.) birinci komandası “Avanqard” olub. Bu futbolçular vaxtilə futzal oynayıb.  Futzal onlara çox şey verib”.

Qeyd edək ki, İbrahim Həsənov hazırda üç ildir ki, “Avanqard” klubunun baş məşqçisidir. Onun çalışdırdığı klub futzal üzrə İkinci Liqada mübarizə aparır.  

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Son yazılar

To Top