big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

LAYİHƏ: “Parketin unudulan bəzəyi”

22.10.2017 , 10:53

Foto: solda Natiq Məmmədkərimov və Allahverdi Babayev 

Korner.az və Sportfm.az saytlarının “Futzal: klublarımız haqqında bilmədiklərimiz və ölkə futzalında iz buraxanlar” layihəsi çərçivəsində birinci yazısı

Azərbaycanda futzala könül verənlərin sayı olduqca çoxdur. Bu idman növünü sevənlər gözəl hərəkətləri izləmək, sevimli oyunçularını görmək üçün zallara gəlir. 90-cı illərdə ölkə futzalının ən parlaq simalarından birini canlı seyr etmək hər bir azarkeşin arzusu idi. Sürətli keçidlər, gözəl texnika, mükəmməl zərbə və inanılmaz cəldliyə malik Allahverdi Babayev uzun müddətdir mətbuatdan aralı gəzir. Futzalsevərlərin unuda bilmədiyi Allahverdi bəy bu dəfə susğunluğunu pozdu. Veteran oyunçu söhbətə ilk məqşçisindən başladı:”Mən “Kubinka”da doğulmuşam. Köhnə “Spartak” stadionu evimizə yaxın idi. 8 yaşım olanda valideynlərimdən xəbərsiz ora üz tutdum. Ailədə 4 uşaq idik, maddi vəziyyətimiz ürəkaçan deyildi. Fiziki cəhətdən zəif olduğuma görə, tez-tez əzildiyim üçün, atam məşq etməyimə qətiyyətlə qarşı çıxırdı. Buna baxmayaraq, məni heç nə durdura bilmədi. İlk məşqçimi yaxşı xatırlayıram. Viktor İvanoviç Zabrodinin mənim üzərimdə əməyi çoxdu. Futbolçunun təməlinin düzgün qoyulmasından çox şey asılıdı. 3 ilə yaxın onunla çalışdım. O zamanlar xeyli sayda uşaq turnirləri keçirilirdi. Həmin yarışlardan birində “Trudavoy Rezervin”(Əmək Ehtiyatları İdarəsi – red.) məşqçiləri mənim oyunumu bəyənib, komandalarına dəvət etdilər. Viktor İvanoviçin icazəsi ilə ora yollandım. Yeni klubda Elman Həsənovun rəhbərliyi altında məşq edirdim. Bir müddət burda oynadıqdan sonra Kazbek Tuayevin dəvəti ilə Olimpiya Ehtiyatları İdman Məktəbinin şərəfini qorumağa başladım. Artıq peşəkar şəkildə futbolla məşğul olmağın vaxtı çatmışdı. Onda indiki kimi deyildi. Hazırda 25 yaşlı futbolçuya perspektivli deyillər! Bu gülüngdü. Biz 16-17 yaşında çempionatda çıxış edən klubların heyətində oynayırdıq. Həmin yaşda olan uşaqlar komandalara cəlb edilməyəndə futbolu atırdı, bilirdi ki, artıq ondan bir şey çıxan deyil . Çörəyimizi futboldan qazanırdıq. 17 yaşım olanda məni “Termist”ə çağırdılar. Baş məşqçi Rafiq Əlizadə idi. Çox tələbkar mütəxəssis kimi yadımda qalıb. Onun rəhbərliyi altında oynadıqdan bir müddət sonra mən əsgərliyə getməli oldum. Hərbi xidmətdə olduğum dönəmdə Xəzər dəniz donanmasının KKF klubuna cəlb etdilər. Məşqçinin adını xatırlamasam da, soyadı dəqiq yadımdadı – Qerasimenko”.

Məcburiyyətdən futzalı seçən Ali

Allahverdi Babayev hərbi xidmətini başa vurduqdan sonra karyerasını “Azəri” komandası ilə “bağlayır”:”Əsgərlikdən qaytıdım və “Azəri” komandasının şərəfini qorumağa başladım. Orda güclü futbolçular toplaşmışdı. Bombardir Vüqar Qəmbərov da(Ardıcıl 3 mövsüm ANS-Pivani klubunun ən sərrast oyunçusu – red.) bizimlə birgə idi. Emin Salmanov və Aslan Kərimovla da komanda yoldaşı idik. Baş məşqçimiz Nadir Qasımovun rəhbərliyi altında, “Azəri”də, cəmi iki il oynadım. Sonra rəhbərliklə aramızda anlaşılmazlıq oldu, mən klubu tərk etdim. Onlar isə müqaviləmə xitam vermədilər. Belə olan təqdirdə, başqa komanda ilə müqavilə bağlaya bilməzdim. Məndə futzal oynamağa məcbur oldum. Futzalda ilk məşqçim Əbdülqəni Nurməmmədov oldu. Bizi əla motivasiya edirdi. Futzala yeni-yeni alışırdım ki, dedilər yığma komanda olacaq. 1994-cü ildə yaradılan ilk yığmada məndə vardım. Milli komandamız Əbdülqəni Nurməmmədov və Şakir Qəribovun rəhbərliyi altında məşq edirdi. Yaxşı futzalçılarımız çox idi. İndi hamı deyir ki, o dövrdə yaxşı oyunçularımız olsa da, nəticə olmadı. Nəticə necə olsun? Şəraitimiz yox, pul yox, məşq etməyə zal yox! Klublar həftədə 2-3 dəfə məşq edirdi. Belə vəziyyətdə nəticə hardan olsun? Maddi durumumuz yaxşı deyildi. Mən “Azəri”dən sonra “Bakılı”ya, ordan isə “Avtomobilçi”yə keçdim. Həmin vaxtlar “Avtomobilçi”də güclü kollektiv formalaşmışdı. Biz Azərbaycan çempionatının gümüş medallarını qazandıq. “Azadə” ilə ölkə çempionu oldu. “Avtomobilçi” ilə ilk uğurumu əldə etdikdən sonra NAB klubuna transfer olundum. Onlar məni təkidlə istəyirdi. Həmin ərəfələr Azərbaycanda güclü çempionat vardı, qarşılaşmalar zamanı tribunalar dolu olurdu. Futzal çox populyarlaşmışdı. Hətta bir çox futbolçu yaşıl meydanı parketə dəyişdi. Biz oynadığımız dönəmdə NAB-ın rəhbərliyi kluba sponsorluq etməkdən imtina etdi. Komanda dağıldı, futzalçılar isə tam heyətlə “Turan AİR”-ə keçdi. Elman Ələkbarovun rəhbərliyi altında çempion olduq, “Turan AİR” çox iddialı komanda idi. Orada unudulmaz günlərim oldu. Azərbaycanın “qaymaqları” bizdə oynayırdı – Natiq Məmmədkərimov, Elnur Zamanov, Ramil Səfərov, Ağatahir Əzimov və s. Hətta indiyə qədər yadımdadı, qızıl medalları əldə edəndə mükafat olaraq komandanın hər üzvünə 150 dollar mükafat verildi. Bu o dövr üçün çox böyük pul idi”.
1993-cü ildə “Azəri”ni tərk edib futzala gələn Babayev köhnə vərdişindən əl çəkməyib:”Mən böyük futbolda olduğum zaman səhərlər mütləq durub qaçırdım. Məşq oldu, oyun oldu, fərq etmirdi. Qaçıb, sonra məşqə gedirdim. Uşaqların hamısı soruşurdu ki, yorğun-yorğun necə məşq edirsən? Ancaq, mən özümdə məşq etmək üçün güc olduğunu hiss edirdim”.
Babayevin bu vərdişi haqqında onun sabiq komanda yoldaşı Samir Məmmədov bir neçə kəlmə deməyi özünə borc bildi:”Allahverdi dəhşət idi, hər səhər qaçırdı. Biz ondan soruşurduq ki, yorğun-yorğun necə məşq edirsən! Bu qədər güc səndə hardandı? Babayev çox cəld idi, bir anlıq gözdən buraxdınsa, qol vururdu. Tarixdə belə futzalçılar çox azdı. Mən onu Azərbaycanın ən yaxşı oyunçularından biri hesab edirəm”.


“Avtomobilə görə çempion komandanı tərk etdim”
Elman Ələkbərovun rəhbərliyi altında ölkə çempionu olan Allahverdi Babayevi “Turan AİR”dən qoparmaq istəyən bir çox klub vardı. Əla mükafat, çoxlu pul, yüksək şərait təkilif edənlərdən “Viləş” “parketin bəzəyi”nin “saqqızını oğurlaya” bilib:”Düzdür, “Turan AİR”də hər şey ürəyimizcə idi. Elman müəllim futzalla yatıb-dururdu. Ancaq “Viləş”in təklifindən imtina etmək mümkün deyildi. Təsəvvür edirsiniz, onlar yaxşı maaşla yanaşı, mənə təzə VAZ 2107 avtomobili verirdilər. Gənc yaşlarımdan şəxsli avtomobilim olmasını arzu edirdim. Məhz elə avtomobilə görə çempion komandanın sıralarını tərk etdim. Çünki, uzun illərdir avtomobil ala bilmirdim. Bununla da, “Viləş”li günlərim başladı. Klubu Abbas bəy(Soyadını xatırlamadı – red.) maliyyələşdirirdi. Çox gözəl insan idi. Yığmada da çıxışlarımı davam etdirirdim. Yeri gəlmişkən, millidəki çıxışımla bağlı yadıma bir hadisə düşdü. 1998-ci ildə Belçika yığması ilə oynayırdıq, sona 12 saniyə vaxt qalmışdı. Biz səhvə yol verdik və rəqib qol vurdu. Qarşılaşmadan sonra özümə gələ bilmirdim. O görüşü heç vaxt unutmaram. “Viləş” forması ilə cəmi bir il mübarizə apardım. Buna səbəb, o dövrdə ən güclülərdən biri hesab edilən “Gömrükçü”yə keçidim idi. Xeyli müddət orda oynadım. Fiziki formam mənə yüksək səviyyədə çıxış etməyə imkan verirdi. 40 yaşında EKOL komandasında futzalla vidalaşdım. Ancaq, məni rahat buraxmırdılar(gülür). Qazaxıstandan axtarıb tapdılar. Zəng vurdular ki, gəl, veteranların çempionatında oyna. İmtina etmədim. Ora getdim. İndiyə qədər turnir olanda dəvət edirlər, gedib oynayıram. Sağ olsunlar, məni yaddan çıxarmırlar”.
Sən demə karyerasını bitirib veteranların yarışında top qovan Allahverdi Babayevin əvvəllər ləqəbi də varmış. Sabiq futzalçı çoxlarının bunu bilmədiyini dedi:”Mən futbol oynayanda artıq ləqəbim vardı. Məni Baba deyə çağırırdılar. Bilmirəm bu hardan yaranmışdı, kim düşünmüşdü. Yəqin ki, soyadımın Babayev olması ilə əlaqədar idi. Futzalda isə tamamilə başqa ləqəb daşıyırdım. Hamı mənə Ali deyirdi.

90-cı illərdə ölkəmizin zallarında öz oyunu ilə hər kəsi valeh edən Allahverdi Babayev kimi ən güclü top ustası hesab etdiyini də açıqladı:”Mənim üçün bir nömrə Mahir Eyniyevdi. O, çox güclü idi. Təkbaşına oyunun taleyini həll edə bilirdi. Qarşısıalınmaz futzalçı deyəndə, Mahir Eyniyevi nəzərdə tuturdular. Elə oyunçu bir daha gəlməyəcək”.
Bəs, Azərbaycan futzal tarixinin ən güclülərindən biri olan Babayev karyerasını bitirdikdən sonra nə işlə məşğuldur? Ömrünü futzalla bağlayan Babanın məşqçi təcrübəsinin olmamasına baxmayaraq, onu komandasının sükanı arxasında görmək istəyənlər olub:”EKOL-dan ayrıldıqdan sonra VATT, “Olimp-Naxçıvan”, EKOL, “Fənər” klublarında çalışdım. Məşqçi olmaq mənə çox maraqlı gəlirdi. Ancaq sonradan bu sevdadan əl çəkməli oldum. Təklif də olmadı”.

Hazırda işsiz qalan yığmamızın sabiq üzvü Azərbaycan Futzal Federasiyasının onu unutduğunu söylədi:”Mən futzalın sayəsində tanınmışam, çörəyim top oynamaqdan çıxıb. İndi federasiya mənimlə maraqlanmır, heç demirlər harda qalmısan! Məgər, özləri bilmirlər ki, futzal veteranları işsizdir! Başları legioner dəvət etməyə qarışıb. Tahir(Ağatahir Əzimovu nəzərdə tutur – red.) bu gün niyə oynayır, onun bəyəm futzal oynayan yaşıdır! Məcburiyyət qarşısında qalıb oynayır, dolana bilmir. Tahir bu yaşında meydanda yox, yığmanın məşqçilər korpusunda olmalıdı. Federasiya iş vermir, o da gənclərlə birgə zallarda tər tökür. Bu qədər braziliyalı nəyə lazımdır? Legioner olar, amma bu qədər yox. Braziliyanı töküb bura gətirməkdənsə, uşaq-futzal məktəbləri açsınlar”. 

Qeyd edək ki, Allahverdi Babayev futzal millimizin heyətində 50-dən çox oyunda meydana çıxıb. 

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Son yazılar

To Top