big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

LAYİHƏ: Palçığın ucbatından futzalı seçən “Bakılı Maradona”

12.11.2017 , 17:01

Korner.az və Sportfm.az saytlarının “Futzal: klublarımız haqqında bilmədiklərimiz və ölkə futzalında iz buraxanlar” layihəsi çərçivəsində dördüncü yazısı

“Futzalda iz buraxanlar” adlı zaman qatarımızın budəfəki şərnişini, oynadığı dönəmdə 3 ləqəblə tanınan Samir Məmmədovdur:“Futbola kiçik yaşlarımdan marağım çox idi. Atam da idmançı olub. Güləşçi idi, futbolla da məşğul olurdu. Dostları ilə tez-tez yığışıb futbol oynayırdı. 7 yaşında məni FŞM-ə(Hazırki Tennis Akademiyası – red.) apardı. Yaxşı yadımdadı, orda uşaqlarla çalışan məşqçi erməni idi – Albert(soyadını xatırlamadı – red.) O, həm məşqçilik edirdi, həm də futbol oynayırdı. Gürcüstanın Kutaisi şəhərinin “Torpedo” komandasının şərəfini qoruyurdu. Onun bir oğlu vardı. Bizdən 1-2 yaş böyük olardı. Bir dəfə meydançada məşq edib soyunub-geyinmə otaqlarına qayıtdıq. Ardıcıl gurultu səsləri eşidilirdi. Uşaqlarla nə olduğunu aydınlaşdırmaq üçün dəhlizə çıxdıq, səsin yan otaqdan gəldiyini gördük. Qapını açanda Albertin oğlunun topu zərbə ilə divara vurduğunun şahidi olduq. O bunu təkrar-təkrar edirdi. Sonradan bildik ki, atası onun zərbələrini gücləndirmək üçün belə bir tapşırıq verib. Lap Van Damın filmindəki kimi(gülür). Atam mənə deyirdi ki, görürsən Pele 18 yaşında dünya çempionu olub, demək sən də ola bilərsən. Bu sözü həmişə xatırlayıram. Ancaq təəssüfər olsun ki, bu arzunu bir azərbaycanlı olaraq reallaşdırmağın mümkün olmadığını da bilirdim. Albertin yanında 12 yaşına qədər məşq etdim. Sonra məşqlərimi “Spartak” İdman Cəmiyyətində davam etdirdim. Orda xeyli sayda istedadlı uşaq vardı”.
Bir müddət sonra başqa məşqçinin yanına üz tutan Məmmədov onun metodlarını bəyənmədiyini bildirir:” İndiki Tofiq Bəhramov adına Respublika Stadionunun yerləşdiyi yerdə Ehtiyat Əmək Qüvvələri Cəmiyyətinin balansında olan uşaq futbol məktəbi fəaliyyət göstərirdi. Məşqçi Ələkbər Cəfərov idi. Mən ora yollananda cılız uşaq idim. Ələkbər müəllim məni görən kimi dedi ki, bundan futbolçu olmaz. Çünki o arıq, cüssəsiz uşaqları qəbul etmirdi. Onun yanında fiziki cəhətdən hazırlıqlı olanlar məşq edirdi. Hamısı ucaboylu idi. Özüm bunu gözlərimlə görəndə məşqçinin niyə mənim haqqımda belə dediyini anladım. Sonra digər məşqçi ilə söhbətlərinin şahidi oldum. O, Ələkbər müəllimə dedi ki, ayaqları güclü görünür. Məndən bəhs edirdi. Orda qalaraq məşq etməli oldum. Məşqçi mənim qarşımda qidalanma ilə bağlı şərtlər qoydu. Onun məşqləri çox ağır idi. Düzünü deyim ki, Cəfərovun bu məşq metodlarını qəbul etmək mümkün deyildi. Yenidən “FŞM”-ə qayıtmalı oldum. Artıq 80-ci illərinin sonu olduğu üçün Ermənistanla münasibətlər korlanmışdı. Albert müəllim Bakını tərk etmişdi. Bu dəfə Çingiz müəllimin(soyadını xatırlamadı – red.) rəhbərliyi altında məşq edirdim. FŞM mənim böyük futbola gəlişim üçün tramplin rolunu oynadı”.

Uşaq yaşlarında bir çox turnirlərdə iştirak edən arıq və cəld hücumçu bir müddət sevdiyi top oyunundan ayrı düşüb:”Mən evdən futbola qaçırdım. Daima oynamağa can atırdım. Ancaq valideynlərim təhsil almağımı çox istəyirdi. Onlar futbola olan sevgimi yaxşı bilirdi. Bir çox klublar məni heyətində görmək istəyirdi. Ali məktəbə qəbul olduğum dönəmdə futboldan ayrı düşdüm. İndiyəcən yadımdadı, Çingiz müəllim dəfələrlə evimizə gəldi ki, məni məşqlərə buraxsınlar. Valideynlərim icazə vermədi. Və buna görə onlara öz təşəkkürümü bildirirəm. Oxumaq, ali təhsil almaq çox vacibdi. Sonralar Leninqradda Hərbi Tibb Akademiyasına daxil olanda, futbola olan marağım məni yenidən yaşıl meydanlara apardı. Orda ali məktəblər arasında futbol turniri keçirilirdi. Mənim xarakteristikamı oxuyan rəhbər işçilər futbolçu olduğumu bilirdi. Xahiş etdilər ki, akademiyamızın komandasının tərkibində bu yarışda iştirak edim. Təbii ki, razılaşdım. Kollektivimizin iştirak etdiyi bütün görüşlərdə meydana çıxdım, gözəl qollar vurdum. Texniki cəhətdən digər oyunçulardan fərqləndiyim üçün məni “Марадона из Баку” (Bakılı Maradona – red.) deyə çağırırdılar. Həmin turnirdə hücumçu kimi bir neçə dəfə akrobatik tullanışla rəqib qapıçıları məyus etdim. Başla da yaxşı oynayırdım, sürətli qaçırdım. Ruslar bunu çox bəyənirdi. Həmişə bizim qarşılaşmalara bir yaşlı kişi gəlib baxırdı. Oyunlardan öncə daim bizimlə salamlaşırdı. Mən onun kimliyini bilmirdim. Bir dəfə yenə qol vurduğum matçdan sonra həmin kişi orda idi, mənə yaxınlaşdı. Leninqradın SKA(OİK – red.) klubunun rəsmilərindən biri olduğunu söylədi. Komandaya dəvət etdi. 6 ay həmin klubda çıxış etdim. Çox yaxşı heyətimiz vardı. Ancaq təəssüflər olsun ki, Leninqradda çox qala bilmədim. Sovet İttifaqı dağıldı və mən Azərbaycana qayıtmalı oldum. Müharibə dövrü idi, hər şey bir-birinə qarışdı. Çox pis dönəmdən keçirdik. Futbol oynamağa isə davam edirdim. Həmin vaxtlar yaranan KKF komandasına cəlb olundum. Klubda Allahverdi Babayevlə tanış oldum. Heyətdə Qurban adında(soyadını xatırlamadı – red.) texnikalı futbolçu vardı. Əla oynayırdı. Dayanan yerdə asanca 3 nəfəri aldadırdı. Böyük futbolda “Azəri”nin şərəfini qorudu. Futzalda “Neftçi”nin əsas fiqurlarından biri idi. Sonralar ondan xəbər tuta bilmədim, əlaqəmiz itdi. O, əsl professor idi. Futbolumuzun yetişdirdiyi nadir istedadlardan biri idi”.

Uzun müddət KKF-in formasını daşıyan bakılı “Maradona”nın karyerasının sonrakı dönəmi Zabratla bağlıdı. Məhz “Zabrat” komandasında Allahverdi Babayevlə onun yolları yenidən kəsişir:”Zabratda yeni komanda formalaşırdı. Məni də dəvət etdilər. Allahverdi Babayev də orda idi. Şəraitimiz yaxşı olmasa da, heyətimiz güclü oyunçulardan qurulmuşdu. Onda tez-tez uşaqlarla yığışıb futzal oynayırdıq. Hətta bir dəfə “Azneftyağ” komandası mənim onlara qoşulmağımı istədi. Ancaq “Zabrat”la müqaviləm vardı. Bir müddət sonra futzala keçməyi qətiləşdirdim”. 
Samir Məmmədovun futboldan futzala keçməsinin ilginç bir tarixçəsi var. Nə qədər qəribə səslənsə də, o yaşıl meydanın palçığından bezdiyini deyir:”Mən soyuq havalardan qorxuram. Yağışlı, qarlı günlər başlayanda xeyli çətinlik çəkirdim. Bir dəfə “Zabrat”la Sabirabada səfər matçına yola düşdük. Qış aylarından biri idi. Meydança bostana bənzəyirdi. Yerli komanda olan “İnşaatçı” ilə oyundan 1-0 hesablı qalibiyyətlə ayrıldıq. Oyunboyu yerli azarkeşlər bizim qapımızı qoruyan 19 yaşlı Elnur Mirzəyevi(Futzalda ləqəbi Taffarel olub – red.) söyürdü, daşla vururdu. Onda Sabirabadın çox yaxşı komandası vardı, evdə onları məğlub etmək mümkün deyildi. Qarşılaşma bitəndən sonra yerli klubun rəhbərliyi yenilgidən əsəbləşdiyi üçün bizə paltarımızı dəyişməyə, çimməyə imkan vermədi. Palçıqlı və tərli şəkildə avtobusa minib Bakıya yola düşdük. Paytaxta çatdıqda, “Neftçilər” metrosunun yaxınlığında avtobusdan düşüb evə yollanmalı oldum. Palçıqlı formada olduğum üçün hamı mənə baxırdı. Öz-özümə düşündüm ki, bundan sonra bir daha yaşıl meydanda top qovmayacam. Elə də oldu”.

Futbol oynaya-oynaya futzalda da ara-sıra meydana çıxan Samir bəy “Avtomobilçi”nin prezidenti Süleyman Sülemanovun təklifinə “yox” deyə bilmir:”Vaxt olanda parketdə oynayırdım. Pis alınmırdı. Ancaq çempionat olmadığı üçün heç bir klubun heyətində çıxış etmirdim. Sabirabadda baş verən hadisədən sonra Süleymanovun təklifi yerinə düşdü. Artıq çempionat da keçirilirdi. Beləcə mən futboldan futzala keçdim. Onda 25 yaşındaydım. İndiyə qədər yaxşı yadımdadı, “Avtomobilçi” yeni yarananda ilk “dördlüyü” əfsanəvi adlandırmaq olardı. Əbdülqəni Nurməmmədov, Asim Xudiyev, Hacıbala Abdullayev, Ağarza Rzayevdən çox şey öyrənmişəm. Mən gənc idim, onların oyununa baxıb həzz alırdım. Hacıbala müəllimin ayaqları çox güclü inkişaf etmişdi. Düşünürəm ki, Azərbaycan futbolunda onun ayaqları qədər güclüsü olmayıb. Sonra Əbdülqəni müəllim komandanın baş məşqçisi təyin edildi. Ümumiyyətlə, Azərbaycan futzalında bir çox gözəl oyunçular olub. Mənim beynimdə iki beşlik var. Birinci “beşlikdə”: Rauf Hüseynov qapıda, Allahverdi Babayev, Baba Əsgərov, İbrahim Həsənov və Mahir Eyniyev meydanda yer alır. İkinci “beşlikdə: İlqar Abdulov qapıda, Ağatahir Əzimov, Müslüm Hüseynov, Natiq Məmmədkərimov və Zaur Ramazanov parket üzərində. Bu futzalçılara çatan yox idi. İndi belə oyunçularımız yoxdur”. 
Azərbaycan futzalında iz buraxan 10 nəfərin adını çəkən S. Məmmədov “Avtomobilçi”dən sonra bir çox klubların şərəfini qoruyub:”Onda futzal klublarına əsasən şirkətlər sponsorluq edirdi. Komandaların adları da şirkətlərin adı ilə adlanırdı. Uzun illər Ramiz Məmmədov, İlham Əliyev(Yan xətt hakimi – red.), İlqar Aslanovla birlikdə çıxış etmişəm. Mən oyunlarda xeyli sayda cərimə qazanırdım. Bəzən mənim cərimələrimin hesabına rəqiblərə qalib gəlirdik. Lazım olanda simulyasiya da edirdim. Əsas məsələ komandanın cərimə zərbələrindən fərqlənməsi idi. Həmin ərəfədə bir çox futbolçu yaşıl meydanı parketə dəyişdi. Vacib qarşılaşmalar əsasən Azərbaycan Texniki Universitetinin zalında baş tuturdu. Oranı özümə doğma məkan hesab edirəm. Həmişə anşlaq olurdu. Mən futzalda çıxış etdiyim dönəmdə formamın yaxasını yuxarı qaldırırdım. Ona görə mənə “Kantona” deyirdilər”. 
“Kantona”nın özünə doğma məkan hesab ATU-nın zalı ilə bağlı xoşagəlməz xatirəsi də var:””Star”da hücumçu oynayırdım. 11 nömrə altında çıxış edirdim. Kubokun finalı idi. Rəqib bu vacib matça tanınmış futbolçuları çağırmışdı. Prinsipial qarşılaşmada 1-0 hesabı ilə məğlub durumdaydıq. Sona 7-8 dəqiqə vaxt qalırdı. Əks-hücumda biz onları yaxaladıq. Mən topu qapıçının başının üzərindən ataraq, tora qovuşdurdum. Ardınca, oyuna mərkəzdən başlayan kimi daha bir epizodda hesabda önə keçdik. Ramiz Məmmədov güclü zərbə vurdu, mən dirəyin yanında dayanmışdım, top mənim başıma dəyib qapıya daxil oldu. Qolun sevincini yaşayarkən rəqib azarkeşlərə tərəf dönüb jest göstərdim. Aləm dəydi bir-birinə. Fanatlar meydançaya axışdı. Zalın mühafizə xidməti futzalsevərləri zorla sakitləşdirdi. O hadisə heç vaxt yadımdan çıxmaz”.
Karyerasının sonuna doğru daha çox müdafiədə oynamağa başlayan Məmmədovun ləqəbi də dəyişir. Bu hadisəni o belə xatırlayır:”Yaş artdıqca, mövqemi dəyişməyə məcbur oldum. Müdafiədə oynamaq daha rahat idi. Mən görüşlərdə tez-tez “podkat” edirdim. Ondan sonra məni “Maldini” deyə çağırmağa başladılar. Elə indiyə qədər sabiq komanda yoldaşlarım mənə “Maldini” deyirlər”. 
Qeyd edək ki, karyerasında son klubu “Əmrahbank” olan Samir Məmmədov hazırda Yüksək Liqada iddialı klublardan olan “Marafon” komandasının prezidentidir.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Son yazılar

To Top