big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

LAYİHƏ: “Ona demək lazımdır ki, azərbaycanlılar oynamalıdı”

11.03.2018 , 08:00

Korner.az və Sportfm.az saytlarının “Futzal: yığmamızın Avropa çempionatındakı çıxışı” layihəsi çərçivəsində altıncı yazısı

Futzal üzrə Azərbaycan yığması Sloveniyada keçirilən Avropa Çempionatında sürpriz komandalardan hesab edilsə də, bir çoxlarının ümidlərini doğrultmadı. Bəzi azarkeşlər yarımfinal, bəziləri isə hətta fnal arzusunda idi. Mütəxəssislər isə millimizin ən azı qrup mərhələsini adlamalı olduğunu vurğulayırdı. Belə də oldu. Azərbaycan yığması qrup mərhələsini elə ilk oyundaca dəf etdi. Ancaq qrupda əsas məsələ lider olub pley-off mərhələsində “dişimizə uyğun” rəqiblə düşmək idi. Bunun üçün İspaniya yığması ilə ən azı heç-heçə etməli olan komandamız, təəssüf ki, minimal hesablı məğlubiyyətlə üzləşdi. Bəs ümumi götürdükdə, milli komandamızın Avropa Çempionatındakı çıxışını necə qiymətləndirmək olar? Əvvəlcə rəqəmlərə diqqət yetirək.

Azərbaycan yığması Sloveniyada keçirilən Avropa Çempionatında 3 oyun keçirib. Bu oyunlar ərzində komandamız 1 qələbə qazanıb və iki məğlubiyyətlə üzləşib. Millimiz keçirdiyi oyunlarda 6 qol vurub ki, bu da hər oyuna ortalama 2 qol deməkdir. Hər oyuna ortalama olaraq 4 qol buraxan futzalçılarımız turnir ərzində 12 top buraxıb. Əlbəttə, buraxılmış qolların çoxluğu son oyundakı nəticə ilə bağlıdır. Azərbaycan yığması turnirdə rəqib qapısına 88 zərbə endirib. Çox qəribədir ki, komandamızın qapısına daha az – 81 zərbə endirilib. Qapıya gedən dəqiq zərbələrin sayında isə milli komandamız beşincidir – 40. Bu nominasiyada birinci yerdə İspaniya – 81, ikinci Rusiya – 79, üçüncü Qazaxıstan – 72 və dördüncü çempion olan Portuqaliyadır – 63 zərbə. Künc zərbələrinə gəlincə 28 dəfə künc zərbəsi yerinə yetirən millimizin oyunlarında rəqiblər 20 künc zərbəsi yerinə yetiribNizam-intizam baxımından milli komandamızın durumuna nəzər yetirsək görərik ki, millimiz üç qarşılaşmada 18 dəfə qaydanı pozub. Rəqiblər isə komandamıza qarşı 11 dəfə kobud oynayıb. Azərbaycan yığmasının üzvləri cəmi 3 dəfə xəbərdarlıq alıb. Bu turnirdə isə qırmızı vərəqə bir dəfə göstərilib ki, o da qazaxıstanlı futbolçunun payına düşüb. Yığmamızın heyətində ən çox fərqlənən oyunçu Tyaqodur. O, 3 dəfə rəqib qapıçıları məyus edib. Turnirin bombardiri isə millimizlə görüşdə poker edən portuqaliyalı Rikardinyodur – 7 qol. Ulduz futzalçı həm də 4 assistlə yığmasının böyük uğuruna öz töhfəsini verib. Komandamızın heyətində ən çox qol ötürməsi edən oyunçu isə Edudur – 3 assist.  Oyunçularımızın içərisində qapıya ən çox zərbə endirən isə Tyaqodur. Onun aktivində 13 zərbə var ki, bu zərbələrdən cəmi biri çərçivəyə doğru getməyib. Braziliyalının 6 zərbəsinin qarşısını isə müdafiəçilər alıb. Azərbaycan komandasının heyətində ən çox qayda pozan futzalçı Fineodur. O, rəqiblərə qarşı 4 dəfə kobudluq edib. Fineonun özünə qarşı isə cəmi bir dəfə qayda pozulub. Komandamızın heyətində Fineo, Vassura və Xətai Bağırov sarı vərəqə ilə cəzalandırılıb. 

Statistika komandanın çıxışını tam təsvir etməsə də, bir çox məsələlərə aydınlıq gətirir. Lakin təkcə statistik göstəricilərlə milli komandamızın turnirdə necə çıxış etdiyini müəyyən etmək olmaz. Bəs mütəxəssislər futzalçılarımızın Sloveniyadı çıxışını necə dəyərləndirir? Vaxtilə futzal yığmamızın heyətində Dünya və Avropa Çempionatlarının seçmə mərhələ görüşlərində meydana çıxan Allahverdi Babayevin fikrincə, artıq yerli futzalçılara şans verməyin vaxtıdır: “Artıq vaxtdır. Azərbaycanlılara şans verilməlidir. Bizim futzalçılar qalır kənarda, braziliyalılara şans verilir. Bizimkilər də oynamırlar, passivləşirlər. O futbolçular oynamasa, oyun təcrübələri olmasa, heç bir inkişafa nail ola bilməyəcəklər. Təcrübə yığmalıdırlar. Mən bir söz demirəm, braziliyalı məşqçi qalsın, ancaq azərbaycanlılara daha çox şans verilməlidir. Yaxşı məşqçidir, olsun. Ona demək lazımdır ki, azərbaycanlılar oynamalıdır. Yoldaşlıq matçında da onlara şans vermir. İranda keçirilən turnirdə belə bizim futzalçılar oynamadı, eşitdiyimə görə, onlar da inciyib. Belə heç nə olmayacaq. Bu il 8 braziliyalı var, gələn il 11 olacaq, sonra 15 və s. Bu gedişlə heç nəyə nail olmaq olmayacağıq. Mən düşünmürəm ki, azərbaycanlılar oynasaydı, turnirdə daha böyük uğurlar əldə edəcəkdik. Ancaq yenə də bu Azərbaycan yığmasıdır axı. Bizim vaxtımızda həmişə yerli futzalçılar meydanda oludu, bayrağımız uğrunda mübarizə aparırdı. Yaxşı yadımdadı, həmin vaxtlar da millimizə bir neçə braziliyalı gəldi, onlar heç şans qazanmadı ki, parketə ayaq bassın. Çünki imkan vermirdik, özümüz hər oyun oynayırdıq. Yenə elə olmalıdır. Elə olması üçün də, həmin futzalçılara şans verilməlidir. Onlar oyun praktikasını artırılmalıdır. Bu gedişlə futzalımız çox geriyə düşəcək”.

Allahverdi Babayevlə yanaşı, uzun müddət yığmamızın şərəfini qoruyan Müslüm Hüseynovun da fikirləri hamı üçün maraqlıdır. “Musya” ləqəbli  veteran futzalçı düşünür ki, bəzi oyunçular turnirə hazırlıqsız yollanmışdı:“Demək olar ki, komanda düşündüyümüz kimi çıxış etdi. Turnirdən öncə də təxmin edirdik ki, ən azı qrupdan çıxacağıq. Sadəcə Portuqaliya ilə oyun istisnadır. Etiraf edək ki, bu hesabı heç kim gözləmirdi. Ümumi olaraq, arxayn idik ki, millimiz ən azı ¼ finalda qədər mübarizə aparacaq. Yalnız Portuqaliya qarşılaşma çox şeylərin üstündən xətt çəkdi. Hamı bilirdi ki, komandada bəzi oyunçular turnirə hazırlıqsız gedib. Alesionun özü də AÇ-dən qabaq Bakıda İranla baş tutan yoldaşlıq görüşlərindən sonra bunu söyləmişdi. Bunun səbəbi isə bəzi milli üzvlərinin çıxış etdiyi çempionatın oyunlarının bitməsi, digərlərində zədə ilə bağlı idi. Ancaq ümumi mənzərə belə idi ki, oyunçuların bir hissəsi tam hazır formada deyildi. Açığı burda hazırlaşmağa da vaxt az olmuşdu. İranla yoldaşlıq görüşləri oldu, onda belə hiss olunurdu ki, aparıcı oyunçular tam hazır deyil. Həmin futzalçılara böyük ümid bəslənilirdi, lakin təəssüflər olsun ki, onlar ümidləri doğrulda bilmədilər. Portuqaliya ilə oyuna gəlincə isə meydanda yığmamızın fiziki cəhətdən açıq-aşkar çatdırmadığı görünürdü. Ona görə də, böyük hesabla məğlub olduq. Milli komandaya cavabdeh olan şəxs baş məşqçidir. O hər şeyə nəzarət etməli idi ki, belə hal olmasın. Mənim ya başqasının deməyi ilə heç nə həll olunmur. Yəqin baş məşqçi düşünürdü ki, zədəli, hazırlıqlı olmayan futzalçılar özünü doğruldacaq. Lakin görünən odur ki, bunun əksi baş verdi”.

Müslüm bəy, Joze Alesio da Silvanın millinin baş məşqçi postuna gətirilməsi qərarını səhv hesab etmir: “Burda söhbət tək məşqçidən getmir. Ola bilsin, Alesiodan əvvəl yığmamızı çalışdıran Biro Jade zədəli futzalçıları düşərgəyə dəvət etməzdi. Əsas problem məşqçilərin yerli oyunçulara inanmasıdır. Yerli futzalçılara etibar etmək lazımdı, onlara şans vermək lazımdı. Bəs onlar nə zaman oynayacaq? Ancaq daxili çempionatda oynayırlar, beynəlxalq təcrübələri yoxdu. Gedirlər, ancaq məcburiyyət qarşısında qalanda onları meydana buraxırlar, axı biz yaxşı nəticəyə necə ümid edə bilərik? Onların təcrübəsi yoxdu. Ölkə çempionatında rahat oynayırlar. Beynəlxalq turnirlərdə oynamaq rahat deyil, böyük məsuliyyət var. Komanda İrandaki beynəlxalq turnirə yollandı. Orda da məşqçi kimə əvvəldən etibar edib şans verirdi, onlar da oynayırdı. Belə olmaz, yerli futzalçılara şans vermək lazım idi. Görünürdü ki, digər millilər bu turnirə futzalçılarını yoxlamaq üçün gəliblər. Amma bizim öz oyunçularımıza şans verilmədi. Onları sınamaq lazımdır. Axı İranda nəticədən söhbət gedə bilməzdi. Yoxlamaq lazım idi. Məsələn, Qazaxıstan millisi heyətdə olan bütün oyunçulara şans verdi, baş məşqçi gördü ki, çempionata kim daha yaxşı hazırdı. Rusiya millisi də həmçinin. Cavan oyunçular gəlmişdi, İran da tam heyətlə çıxış etmirdi. Deməzdim ki, problemin kökü braziliyalı futbolçulardadı. Burda milli ruhdan da söhbət getmir. Braziliyalı oyunçu zədəlidir, formada deyil, ancaq oynayır. Axı onun yerinə başqa oyunçu götürmək olardı. Millinin hər bir üzvü beynəlxalq oyunlarda təcrübə yığmalıdır, oynamaldıır. Necə olur ki, Qazaxıstan yığması cəmi üç braziliyalı ilə gözəl oyun nümayiş etdirir, uğurlu nəticələrə imza atır. Qalan heyət üzvləri isə qazaxlardır. Demək ki, etibar edəndə, futbolçuya inananda uğur əldə etmək olur. Bizim heyətdə heç bir futbolçu xüsusi oyunu ilə seçilmədi. Çünki hazırlıqsız yollanmışdılar. Mənim də dediyim odur ki, onların əvəzinə yerli futzalçılara şans vermək lazım idi. Hazırki durumla, ancaq qrupdan çıxmağa ümid etmək olar. Bilirsiniz, Avropa çempionatının formatı da dəyişdi. Artıq qrupda 4 komanda olacaq. Bu baxımdan bundan sonra qrupdan çıxmaq belə uğur sayıla bilər. Əvvəl ortabab yığmalar vardı, bilirdik ki, biz onları məğlub edə bilərik. Ancaq indi hamı inkişaf edir, biz yerimizdə sayırıq. Hal-hazıda elə rəqib yoxdu ki, biz deyək ki, rahat udacağıq. Hər kəs güclənib. Eyni heyəti hər gün oynatmaqla, inkişaf olmur. Start beşliyi də qınamaq olmur. Onlar da çıxıb oynayırlar və bir gün sonra yenə həmin adamlar meydanda mübarizə aparır. Qısa müddətdə bərpa olmaq mümkün deyil. Yazıqlar, nə etsinlər?”.  

Qeyd edək ki, 2017-ci ilin aprel ayında Finlandiyanın paytaxtı Helsinkidə baş tutan UEFA-nın iclasında futzal üzrə AÇ ilə bağlı yeni qərar qəbul edilib. Qərara əsasən, bundan sonra Avropa Çempionatı 4 ildən bir keçiriləcək. Qitə birinciliyinin final mərhələsində isə 16 komanda mübarizə aparacaq. Həmçinin, futzal üzrə UEFA Kubokunun adı da dəyişdirilib. Turnir 2018/19-cu il mövsümündən etibarən futzal üzrə UEFA Çempionlar Liqası adını daşıyacaq.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Son yazılar

To Top