big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

LAYİHƏ: “Köhnə dünya”ya Bakı Bulvarından başlayan yol

11.02.2018 , 08:38

Korner.az və Sportfm.az saytlarının "Futzal: yığmamızın Avropa çempionatındakı çıxışı" layihəsi çərçivəsində ikinci yazısı

Ötən il futzal üzrə Azərbaycan yığması tarixində V dəfə Avropa Çempionatına qatılmaq şansı əldə etdi. Azərbaycan qitə birinciliyinin final mərhələsinə yüksəlmək üçün ardıcıl iki dəfə (2012, 2014) qrup mərhələsini adlaya bilmədi. Lakin 2016-cı ildə qrup mərhələsini inamla keçən komandamız  ¼ finalda mübarizəni dayandırdı. Bu il Sloveniyada keçirilən turnirdə də komandamız eyni aqibətlə üzləşdi: qrup mərhələsini inamla adladıq, ancaq təəssüf ki, 1/4 final mərhələsində Avropa Çempionatı ilə vidalaşdıq. Bəs bura qədər milli komandamız necə gəlib çıxdı? Vaxtilə “Araz”ın və yığmamızın şərəfini qoruyan və bu postda müvəqqəti olaraq həmyerlisi Militinyonu əvəz edən braziliyalı baş məşqçi Biro Jadenin başladığı yolu, bir müddət əvvəl Azərbaycandan qaçaraq Qazaxıstanda peyda olan Joze Alesio Da Silva davam etdirməli oldu. İndi isə Biro Jadenin rəhbərliyi altında milli komandamızın Balkan ölkəsinə qədər uzanan yoluna nəzər salaq.

Avro-2018-in təsnifat mərhələsi

Seçmə mərhələnin matçlarından əvvəl Bakıda Moldova ilə iki yoxlama matçında qüvvəsini sınayan baş məşqçi Biro Jade seçimini etmişdi. Belə ki, gənc mütəxəssis seçmə mərhələnin oyunları üçün Rövşən Hüseynli, Elnur Zamanov, Faiq Əliyev, İsa Atayev,Xətai Bağırov, Vitali Borisov, Everton Kardosa, Fineo de Araujo, Rizvan Fərzəliyev, Nihad İsmayılov, Namiq Məmmədkərimov, Eduardo Mello Borges, Villiams Oliveira Do Nascimento, Tyaqo Teles Martinsi yığmamızın düşərgəsinə dəvət etdi. Bakı İdman Sarayında baş tutan ilk matçda yığmamızın rəqibi futzal ölkəsi hesab edilməsə də, yetərincə güclü təsir bağışlayan Bosniya və Herseqovina yığması idi.

“Dəmir bosniyalılar”

Aprel ayının 8-də Bulvarda yerləşən Bakı İdman Sarayında baş tutan oyunda azarkeşlər 9 qol izlədi. Qarşılaşmaya hücumlarla başlayan milli komandamız 3-cü dəqiqədə Eduardonun qolu ilə hesabda irəli keçdi. Bundan sonra təşəbbüsə yiyələnən rəqibi ardıcıl iki dəfə qapımıza yol tapdı. İlk olaraq 7-ci dəqiqədə Dario Markiç hesabı bərabərləşdirdi. 16-cı dəqiqədə isə Markiç komandasının və özünün ikinci qolunu vuraraq, Bosniya və Hersoqovina yığmasını ilk dəfə hesabda ön keçirdi. İlk hissədə daha 4 qol vuruldu. Milli komamdamızın heyətində Kardoso Everton 18-ci dəqiqədə hesab bərabərləşdirdi. Bu qoldan cəmi 21 saniyə sonra Deyan Pavlovi Bosniya yığmasnı ikinci dəfə hesabda önə keçirdi. Lakin hissənin sonuna iki dəqiqədən də az vaxt qalmış Teles Martins Tyaqo iki dəfə, 19 və 20-ci dəqiqədə rəqib qapıçını məyus etdi. Fasiləyə üstün yollanan və ikinci hissədə bir qədər ehtiyatlı oynayan yığma komandamız Tyaqonun timsalında 5-ci qolu vurdu. Matçın son saniyələrində Srdyan İvankoviç yekun hesabı müəyyən etdi. Beləliklə, Azərbaycan komandası 2017-ci ilin ilk rəsmi matçında, çətinliklə də olsa qalib gəldi – 5:4.

Görüşdən sonra millimizin baş məşqçisi Biro Jade bunları dedi: “Dörd gün ərzində 3 oyun keçirməliyik. Təcrübəli komandayıq, amma belə turnirlərdə bu cür səhvlərə yer vermək olmaz. Hesab 4:2 olarkən çox vacib qol imkanlarından yararlana bilmədik. Səhvlərimiz oldu. Lakin indi təhlil aparmaq üçün vaxtımız yoxdur. Qarşıda hələ 2 oyunumuz var. Düşünmürəm ki, bu gün göstərdiyimiz oyun komandamızın maksimum bacarığıdır. Futzalda mövcud olan tendensiya son dünya çempionatında alt-üst oldu. Bütün oyunlarda qələbə qazanmaq üçün var gücünlə mübarizə aparmalısan”.

“Meydanda gəzişən albaniyalılar”

Fevralın 9-u Azərbaycan yığması təsnifat mərhələsinin ikinci matçına çıxdı. Rəqib isə bir qədər zəif kollektiv, Albaniya milli komandası idi. Matçın aşkar favoriti hesab olunan Azərbaycan yığması oyuna hücumlarla başladı. Üçüncü dəqiqədə Everton Kardoso hesabı açdı. Bu qol ilk hissədə vurulan yeganə qol kimi qeydə alındı və tərəflər fasiləyə yollandı. İkinci hissəyə rahat başlayan milli komandamız daha 4 qol vurmağı bacardı. İlk olaraq Eduardo, daha sonra Oliveira Villiams De Naskimento hesab arasındaki fərqi 3-ə yüksəltdi. Namiq Məmmədkərimov və Xətai Bağırov isə oyunda yekun hesabı müəyyən edən qolları vurdu – 5:0.

Oyundan sonra millimizin baş məşqçisi Biro Jade maraqlı açıqlaması ilə yadda qaldı: “Düzdü, qalib gələndə kənardan hər şey yaxşı görünür. Bu gün müdafiə və hücum xətti çox yaxşı oynadı. Nə fikirləşmişdiksə, oyunçularımız hamısını yerinə yetirdi və qələbə qazandıq. Uşaqlara təşəkkür edirəm. Birinci hissədən sonra oyunçulara tapşırdım ki, onlarla birə-bir oynasınlar. Komandaya dəvət etdiyim və birgə işlədiyim futzalçılara inanıram. Meydana kimi buraxacağımla bağlı qərarı vəziyyətə uyğun verirəm. Dünən Xətai Bağırov oynamadı, amma bu gün bütün oyunu meydanda keçirdi. Mümkün qədər hər bir oyunçuya meydana çıxması üçün şərait yaradırıq. Gələcəyə nikbin baxıram. Gənc oyunçularla işlədikcə, gələcəyə ümid etmək olar. Azərbaycanlı oyunçular texnikalı oyuna üstünlük verirlər. Ukrayna, Rusiya, Qazaxıstan və Azərbaycanda oynamışam, düşünürəm ki, sizin oyunçuları texnikasına görə ukraynalılarla müqayisə etmək olar”.

“Nikbinliyə əsas verən macarlar”

Qrup mərhələsinin son oyunu milli komandamız üçün formal xarakter daşıyırdı. Çünki bundan əvvəl qazanılan iki qələbə Azərbaycan yığması üçün Avropa Çempionatına vəsiqəni təmin edirdi. Ancaq Biro Jadenin yetirmələri matça formallıq kimi yanaşmadı. Macarıstan yığması ilə də layiqli mübarizə aparan millimiz oyuna elə də yaxşı başlamadı. Rəqib ikinci dəqiqədə Zoltanın qolu lə hesabda irəli keçdi. Bundan sonra isə meydandakı hadisələr milli komandamızın xeyrinə cərəyan etdi. İlk hissənin sonuna yaxın Tyaqo və Eduardo rəqibi məyus etdi. Fasiləyə qalib kimi yollanan futzalçılarımız ikinci hissəyə hücumlarla başladı.  22-ci dəqiqədə Fineonun qolu ilə üstünlüyünü möhkəmləndirdik. Xətai Bağırov və İsa Atayev isə oyunda son nöqtəni qoydu – 6:1

YER

KOMANDALAR

O

Q

H

M

VQ

BQ

TF

XAL

1

Azərbaycan

3

3

0

0

16

5

11

9

2

Macarıstan

3

1

1

1

7

11

-4

4

3

Bos. və Her

3

0

2

1

12

13

-1

2

4

Albaniya

3

0

1

2

9

15

-6

1

Beləliklə, Azərbaycan millisi Avropa çempionatna vəsiqə qazandı. Təsnifat mərhələsində 16 qol vuran milli komandamız qapısında 5 qol “gördü”. Biro Jadenin başçılığı altında üç uğurlu oyun keçirən millimizin Avropa çempionatına da niyə onunla yollanmadığı isə böyük sual doğurur.

Avropa Çempionatına hazırlıq

Vətəni Braziliyada dincələrkən müqaviləsinin müddətinin uzadılmadığını duyan Biro Jadenin sələfi olan digər braziliyalı, yığmamızda və “Araz”da iş təcrübəsinə sahib olan Joze Alesio Da Silva Avropa Çempionatına hazırlaşan milli komandamızı İranda təşkil edilən “4 Top Nations” ənənəvi turnirinə apardı.

İsfahanda həyata keçməyən arzular

Dekabrın 2-dən 7-dək İranda keçirilən “4 Top Nations” beynəlxalq turniri üçün Azərbaycan milli komandası Bakıda məşqlərə başladı. Turnirdə millimiz Qazaxıstan, İran və Rusiya milli komandası ilə mübarizə apardı. İsfahan şəhərində təşkil edilən “4 Top Nations” turnirində ilk oyununu keçirən futzal üzrə Azərbaycan millisi güclü İran yığması ilə qarşılaşdı. Oyun 3:3 hesabı ilə başa çatdı. Komandamızın qollarını hazırda ölkəmizdən və “Araz”dan müəmmalı şəkildə gedən Qabriel Bastos, Karvalho dos Santos və Telez Thiaqo vurdu. Oyundan sonra yığmamızın baş məşqçisi Joze Alesio da Silva meydançanın örtüyü haqqında danışdı: “İrana dünən gəldik və ilk məşqimizi keçirdikdən sonra örtüyün – terafleksin bir qədər ağır olduğunu gördük. Təbii ki, bunu bəhanə gətirmirik. Bu gün maraqlı və gərgin oyun izlədik. Hər iki komandanın qələbə qolunu vurmaq üçün şansları var idi. Bu gün futzal adına yaxşı oyunun şahidi olduq. Hesab oyuna görə oldu. Futzalçıların aqressiv çıxışına gəldikdə, bununla bağlı xüsusi göstəriş verməmişdim. İran millisi haqda da xoş sözlər demək olar. Komanda dünya çempionatının bürünc mükafatçısıdır. Artıq sabah Rusiya ilə keçirəcəyimiz oyun haqda düşünməliyik”.

Millimiz növbəti oyununu Rusiya yığmasına qarşı keçirdi.  Komandamız bu oyunda 3:4 hesabı ilə məğlub oldu. Yığmamızın heyətində Kardosa Everton, 3 dəfə Azərbaycan bayrağı altında meydana çıxan, hazırda isə karyerasını vətəni Braziliyada davam etdirən “dirək” Karvalho Vilela dos Santos və Villiams Oliveira do Nascimento fərqləndi. Matçdan sonra millinin baş məşqçisi bunları dedi:“Maraqlı oyun izlədik. Birinci hissədə hər iki komandanın bir neçə epizodda hesabı dəyişmək üçün şanslarımız oldu. Amma rəqib bu imkanlardan daha yaxşı istifadə etdi. İkinci hissədə oyunumuzu bir qədər dəyişdik və hesabı bərabərləşdirdik. Ardıcıl səhvlərimiz oldu, Rusiya kimi rəqib isə belə səhvləri bağışlamır. Ümumi götürdükdə, hər iki komanda yaxşı çıxış etdi”.

Turnirin son oyununda Qazaxıstanla qarşılaşan komandamız 3:3 hesablı heç-heçə etdi. Villiams Oliveira do Nascimentonun dubl etdiyi oyunda millimizin digər qolunu yenə “Araz”ı tərk edən Karvalho dos Santos vurdu. Beləliklə, komandamız turniri 2 xalla üçüncü yerdə başa vurdu. Oyundan sonra Alesio rəqibin baş məşqçisi, bir zamanlar yanında köməkçi kimi çalışdığı Kakaunu təriflədi:“Bir gün əvvəl oyunçularıma dedim ki, bizi çətin görüş gözləyir. Çünki Qazaxıstan millisinə Kakau kimi təcrübəli məşqçi rəhbərlik edir. Rəqibimiz taktiki və intizam baxımından kifayət qədər güclüdür. Yaxşı və maraqlı oyun alındı. Bu turnir hər iki kollektiv üçün əla sınaq oldu. Səhvlərə yol verdik, onların üzərində işləyəcəyik. Mən də öz növbəmdə nümayiş etdirdiyi oyuna görə, Qazaxıstan yığmasını, komandada gördüyü işlərə görə isə Kakaunu təbrik edirəm. Bu cür turnirlərin mütəmadi təşkil edilməsi yaxşı hal olardı. Təşkilatçılara yaratdıqları şəraitə və komandamızı dəvət etdiklərinə görə təşəkkürümü bildirirəm”.

Qərəzli Alesio və uğursuz seçim

İranda baş tutan turnirdə yığmamızın heyətində yer alan Azərbaycan çempionatının bombardiri Renat Sultanova(Marafon) və Seymur Məmmədova(Marafon) şans verməyən braziliyalı bir müddət sonra Sloveniyaya aparacağı heyəti açıqladıqda, məlum oldu ki, bu futzalçılar düşərgədə yer almayacaq. Qonşu ölkədən qayıtdıqdan sonra daha iki oyunçu – İrandakı turnirdə qol vuran Rafael Vilela və Qabriel Bastosla da yollar ayrıldı. Tezliklə “Araz”da çıxış edən və gələcəkdə yığma komandamızda çıxış edəcəyi deyilən Maykon Da Silva da Bakını tərk etdi. Bütün bunların Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun istəyi əsasında olduğu gün kimi aydın idi. Çünki baş məşqçi hər 3 futzalçı Alesionun istəyi ilə mövsümün əvvəlində transfer edilmişdi. İranda millimizin güclü rəqiblərlə oyunlarda yalnız müdafiə olunması, şansını əks-hücumlarda axtarması və Rusiyanın ikinci heyətinə məğlub olması komandamızın heç də istənilən səviyyədə olmadığını üzə çıxardı. Təsnifat mərhələsində baş məşqçi Joze Alesio Da Silva milli komandaya yerli EKOL-dan 3, “Araz”dan isə 9 oyunçu dəvət etdi. Bu futzalçılarla yanaşı, hazırda karyerasını Yaponiyanın "Agleymina Hamamatsu” klubunda davam etdirən Fineo de Araujo və Birləşmiş Ərəb Əmirliklərinin “Al Dhafra” klubunun şərəfini qoruyan Vassora düşərgəyə dəvət olundu. Braziliyalı İrandakı turnirdə oynamadığı üçün etirazını bildirən Renat Sultanov və Seymur Məmmədovu toplanışa çağırmadı. Üstəlik, Zaur Axundovun istəyi ilə Rafael Vilela və Qabriel bastosla da yollar ayrılmışdı. Kakaunun sabiq köməkçisi, 2014-cü ildə gözlənilmədən Azərbaycandan qaçan Joze Da Silva heyətə əsas qapıçı Rövşən Hüseynli, ehtiyat qapıçılar Emin Kürdov və Anar Məmmədovu daxil etdi. Müdafiəçilərin hamısı Vitali Borisovdan (“Ekonomats”, Serbiya) başqa “Araz”ın oyunçuları oldu: Kardoso Everton, Eduardo Mello Borges və Rizvan Fərzəliyev. Sloveniyaya 8 hücumçu ilə yollanan milli komandamız qol yollarında uğuru Oliviera Villiams de Naskimento(Vassuro) (“Al-Dafra”, BƏƏ), Fineo de Araujo (“Hamamatsu”, Yaponiya). EKOL komandasından Samir Həmzəyev və Namiq Məmmədkərimov, “Araz”da isə İsa Atayev, Xətai Bağırov, Ramiz Çovdarov, və Teles Martins Tyaqo ilə aramalı idi.  

Turnirdən öncə son məşq

Yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın Lyublyana şəhərində təşkil olunacaq Avropa çempionatına hazırlaşan futzal üzrə Azərbaycan millisinin yanvar ayının 19-da təlim-məşq toplanışına yığışdı. Yanvarın 27-nə qədər Bakıda hazırlaşan milli komandanın baş məşqçisi Alesio toplanışın ilk günündə Fineo və Vitali Borisovun tam hazır olmadığını bildirmişdi:“Əsas hədəf Fransa ilə birinci oyunda qalib gəlməkdir. Təbii ki, qrupdan çıxaraq, növbəti mərhələyə yüksəlmək istəyirik. İspaniyanın da güclü olduğunu bilirik. Ancaq biz indi yalnız birinci qarşılaşma haqqında düşünürük. Yığmamızın xaricdə çıxış edən üzvləri hazırda hansı formada olmasına gəlincə,Vassuro çıxış etdiyi ölkədə çempionat oyunları davam edir, ona görə də o yaxşı formamadır. Vitali Borisov isə 20 gündür məşq etmir. Bu isə onun formada olmamasına təsir edib. Fineo da son zamanlar istirahətdə olduğu üçün formada deyil”.

Yanvarın 28-də Sloveniyaya yollanan yığmamız, bir gün sonra Lyublyanada ilk məşqinə çıxdı.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Son yazılar

To Top