big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

LAYİHƏ: İlklərin müəllifi olan futzal “xəstəsi”

25.06.2017 , 06:47

Korner.az və Sportfm.az saytlarının “Futzal: mövcud durum və perspektiv üfüqləri” layihəsi çərçivəsində doqquzuncu yazısı
 
1993-cü ildə futzal üzrə ilk Azərbaycan çempionatının keçirilməsindən sonra bu idman növünə olan maraq daha da artdı. Sonrakı ölkə çempionatlarında iştirakçıların sayı çoxaldı, bir çox futbolçu karyerasını futzalla bağladı. 2002-ci ildə futbol üzrə ölkə çempionatının dayadırılmasından sonra isə futzala əməlli-başlı “axın” başladı. İş adamları, tanınmış şəxslər klublar təsis etdi. Bu idman növünə könül verənlərin başında Elman Ələkbərov gəlirdi. Uzun illər “parket üzərində tər tökən” sabiq qapıçı, sonradan ölkə futzalına “Turan AİR” adlı “övladını” bəxş etdi. Futbolsuz dönəmdə işsiz qalan oyunçulara “qucaq açan” Elman Ələkbərov, komandasının bəzi matçlarında köhnə peşəsini yadına salaraq, qapıya keçirdi. 2000/01 mövsümündə 9 oyunda çərçivəni qoruyan klub prezidenti Azərbaycan futzalının tarixinə düşməyi bacardı. Ümumiyyətlə, dünya idmanında belə hallar barmaqla sayılacaq qədərdi. Uzun müddət sabiq Çexoslovakiyanın 1-ci Liqasında çıxış etməsi ona böyük təcrübə qazandırmışdı. Elman bəy həmin təcrübəsindən istifadə edərək, “Gömrükçü” və “Azərneftyanacağ”la rəqabət aparan, hətta 1998/99-cu il mövsümündə sonuncu olan “Turan AİR” klubu ilə üç mövsüm ardıcıl olaraq Azərbaycan çempionatının qızıl medallarını əldə etdi. Ölkəmizi avrokuboklarda təmsil edən Ələkbərovun komandası Azərbaycana ilk legionerləri gətirməsi ilə də yadda qaldı. 2001-ci ildə “Turan AİR” heyətinə 7 legioner cəlb etdi: Andrey Yudin, Konstantin Qusev, Maksim Bodrenko, Sergey Toçilin, Konstantin Duşkeviç, Roman Sultanov və Marat Abyanov. 3 il Avropaya “Turan AİR”in baş məşqçisi kimi yollanan sabiq qapıçı “Köhnə qitə”nin zallarında keçirdiyi səkkiz oyunun 3-də qalib gəldi, bir matçda bərabərlik əldə edən Ələkbərov, 4 görüşdə məğlubiyyətdən qaça bilmədi. Azərbaycanın aktivinə 1.25 xal yazdıran mütəxəssisin işini uğurlu saymaq olmazdı. 
 
İlklərin müəllifi olan şəxs 
Həmişə birinci olmağı istəyən Elman Ələkbərovun 2003-cü il Avropa Çempionatında Azərbaycana dəvət etdiyi legionerlər yığmamızın heyətində debüt etdi. Belə ki, bundan əvvəl beş böyük turnirdə(iki dünya və üç Avropa çempionatı-red.) yığmamızın heyətində sırf azərbaycanlı futzalçılar yer alırdı. Elman bəyin ölkənin əsas yığmasına legionerlərin ayaq açmasına təkan verməsinin yaxşı olub-olmamasına zaman keçdikdən sonra özü bir çox müsahibələrində münasibət bildirdi. Ölkəyə sözün həqiqi mənasında müxtəlif millətlərin nümayəndələrini dəvət edən sabiq futzalçı, sonradan yerlilərə yer vermək lazım olduğunu, azərbaycanlı futzalçılara güvənməyin vacibliyini vurğuladı. Bəlkə də, Elman bəyin belə fikrə gəlməsində 2003-cü ildə Portuqaliyada keçirilən Avropa çempionatında, heyətində Dado(Futbolxeber.az saytının araşdırmasına görə, ilk milliləşdirilən futzalçı məhz braziliyalı hesab olunur-red.),Pneu və Konstantin Qusevin yer aldığı, Fazil Qarayevin baş məşqçi olduğu yığmamızın fiaskoya uğraması idi. Uzun sürən İspaniya toplanışından sonra yığmamız Avropa Çempionatından “üzüağ çıxa bilmədi”. Ona qədər isə “Turan AİR”in heyətində Konstantin Qusev, Dado, Başo, Pneu, Sergey Bayenko, Robo kimi klub səviyyəsində özünü təsdiq etmiş futzalçılar yer alırdı. 
 
Ermənilərə vurulan iki ağır zərbədə Ələkbərov “izi”
Daim “uğurun arxasınca qaçan” Ələkbərov ölkə futzalının tarixində ən parlaq, ən tarixi qələbələrdən birinin memarı oldu. Onun rəhbərlik etdiyi “Turan AİR”ın UEFA kubokunun qrup mərhələsində Ermənistan “Araks”ını məğlub etdi. Bu Ermənistan təmsilçiləri ilə ilk görüşümüz və qələbəmiz kimi tarixə düşdü. 2001-ci ilin noyabrın 6-da İtaliyanın paytaxtı Romada keçirilmiş həmin oyun 5:2 hesablı qələbəmizlə nəticələndi. Romada keçirilən matçda erməniləri iki dəfə meydanın mərkəzinə dəvət edən Rusiya və Avropa futzalının tanınmış simalarından olan, Ələkbərovun dəvəti ilə Moskvadan paytaxtımıza köçən, “Turan AİR”in oynayan məşqçisi Andrey Yudin beş il sonra 2007-ci ildə yığma komandamıza baş məşqçi təyin olundu. İlk dəfə 34 yaşında Azərbaycana gələn Yudin sonralar Ələkbərov haqqında “işini sevən, hər kəsə hörmət edən, nəticə qazanmaq üçün hər şeyi gözə alan insan” sözlərini deyəcəkdi. Rusiyanın ən adlı-sanlı klubu olan “Dina”nın heyətində keçirdiyi səkkiz mövsümdə 8 dəfə qızıl medalları qazanan Andreyin yığmamızın forması ilə ermənilərlə ikinci görüşü Dünya Çempionatının seçmə mərhələsinə təsadüf etdi. 2008-ci ildə Çexiyada təşkil olunan turnirdə Yudin millimizin baş məşqçisi postunda  Ermənistan yığmasını 9:1 hesabı ilə məğlub edərək, adını futzal tariximizə yazdırdı. Bu hadisə fevralın 28-də baş verdi. Dörd ildən bir ad gününü qeyd edən Ələkbərovun üçün 45 yaşına bundan böyük hədiyyə ola bilməzdi. Andrey Yudin oyundan sonra bunu xüsusilə qeyd edəcəkdi.
Zəngin təcrübənin kömək etmədiyi məqamlar 
 
“Dina”dan gələn təklifi dəyərləndirən rusiyalı mütəxəssis Andrey Yudindən sonra Elman Ələkbərov yığmamızın baş məşqçisi oldu. Futzalda maksimum uğur qazanmaq istəyən Ələkbərov yığmamızı çalışdırdığı dönəmdə futzalçılarımız Avropa çempionatının final mərhələsindən kənarda qaldı. Bununla yanaşı, həmin dönəmdə milli komandamız ağır məğlubiyyətlərə də düçar oldu. Belə ki, Elman Ələkbərovun başçılıq etdiyi futzalçılarımız Portuqaliyaya 0:8, 1:8 hesabı ilə uduzdu. Bu ölkə futzalı tarixində ən ağır məğlubiyyətlər hesab olundu. 90-cı illərin əvvəllərindən MDB məkanında ən güclülərdən hesab edilən və Avropada müsabət imic formalaşdıran azərbaycanlı futzalçıların belə məğlubiyyətlərə yol verməyə ixtiyarı yox idi. Bunu Elman bəydə başa düşürdü. Məhz buna görə o istefa verdi. 
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Son yazılar

To Top