big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

LAYİHƏ: “Gənclər klubların əvəzedici heyətində oynamağı, futzal oynamaqdan üstün tutur”

18.11.2017 , 08:03

Korner.az və Sportfm.az saytlarının “Futzal: klublarımız haqqında bilmədiklərimiz və ölkə futzalında iz buraxanlar” layihəsi çərçivəsində altıncı yazısı

“Baku Fire”a həsr edilən yazımızın ikinci hissəsində klubun İdarə Heyətinin üzvü Orxan Məmmədov seleksiya, transfer, əməkhaqqı və digər məsələlərə aydınlıq gətirdi: “Futzalın inkişafı Federasiyadan çox asılıdır. Nə qədər onlar bizə dəstək olsalar, klublar o qədər də qabağa gedəcək, yeni layihələrə imza atacaq. Biz həmişə maksimum düşünmüşük. Futzal Federasiyasının baş katibi Mahmud Sadıqovla daim təmasdayıq. Federasiya rəsmisi mövsümün əvvəlində bizim gələcək planlarımızla maraqlanır. Onunla hədəflərimizdən danışırıq. Biz mövsümə Birinci Liqada başlayırıq, təbii ki, turnir cədvəlinin zirvəsində yer alsaq, Yüksək Liqada qüvvəmizi sınayacağıq. Futzal elitasında çıxış etdiyimiz zaman yaxşı nəticələr qazanmışıq. Onda çempionatda 8 komanda vardı. Mövsümün sonunda komandamız 4-cü sıranı tutdu. Düşünürəm ki, ilk il üçün pis nəticə sayılmamalıdı. Biz uzun illərdir futzalımızda diqtə edən “Araz”, “Neftçi” və EKOL kimi komandalardan sonra qərarlaşdıq. Qeyd etdiyim rəqiblər isə çox güclü idilər. Sadaladığım klubların heyətində xeyli sayda legioner yer alır, onlar futzalçılara yüksək əməkhaqqı verir. Bizim onlarla rəqabət aparmaq imkanımız yoxdur. Həmin dövrdə “Neftçi”də bir neçə oyunçu legioner idi. EKOL-da gürcü futzalçılar vardı. “Araz” isə həmişə olduğu kimi milli komandada oynayan oyunçulardan ibarət kollektiv yığmışdı. Bu baxımdan, belə komandalara qarşı mübarizə aparmaq bizə çətinlik yaradırdı. Qeyd etmək istərdim ki, çətinliyə baxmayaraq, mübarizə apardıq və rəqiblərə böyük hesabla məğlub olmadıq. Hətta, “Araz”a minimal hesabla məğlub olduq. EKOL-a 1:2 hesabı ilə uduzduq”. 

Orxan bəy, “Baku Fire”da oyunçuları necə motivasiya etdikləri haqqında da danışdı: “Hərdən oyunçularımızı motivasiya etmək çətin olur. Ümumiyyətlə, hər bir kollektivdə bu baxımdan çətinlik yaranır. Belə amil hər sahədə müşahidə olunur. Futzalçılarla danışıb, onlara motivasiya verib, oyuna çıxarmaq olar, əsas odur ki, danışılan sözlər həqiqət olsun. Bu vacib məqamdır. Vəziyyəti düşünsək, onları başa düşmək olar. Futzalçı oyuna həvəslə çıxır və sonradan görür ki, verilən bütün vədlər yalandır, təbii olaraq, belə hallarda yaxşı nəticələnmir. Artıq növbəti dəfə həmin futzalçını motivasiya etmək mümkün deyil. Biz klubu təsis edəndə məsuliyyətimizi anlayırdıq. Bunun böyük layihə olduğunu bilirdik. Ona görə də, hər birimiz işimizə həvəslə və məsuliyyətlə yanaşırıq. Hər şeyi qabaqcadan planlaşdırırıq. Düzdür, komanda olaraq mətbuatla bir o qədər yaxın deyilik. Çünki, biz özümüzü piar etmirik. Təbii ki, mətbuatla daim ünsiyyətdə olmaq vacib amildir. Əgər, cibimizdə pulumuz varsa, futzalçılara oyundan qabaq mükafat olduğunu deyirik. Bəzən, elə hallar olub ki, oyundan qabaq dost-tanış zəng edib bildirib ki, bu gün vacib görüşdür, 500 manat mükafat təyin edirəm. Mövsüm başlayanda maddi durum çətin olsa, qabaqcadan hər kəsə xəbərdarlıq edilir. Kim qalmaq istəyirsə qalır, gedəni isə tutub zorla saxlamırıq. Heç vaxt, heç kimin qarşısını kəsmirik. Anlayırıq ki, hamı evinə çörəkpulu aparmalıdı. Futzalçılarımıza hardansa təklif olduqda, bunu çox müsbət qarşılayırıq. Hər il məşqlərə tez başlayırıq. Çempionat bu il oktyabrda start götürüb, ancaq biz məşqlərə, toplanışlara yay aylarında start vermişik. “Hell Energy” klubu yeni yarandıqda, bir neçə futzalçımıza təklif gəldi və onlar oraya yollandı. Oyunçularımızın verdiyi qərarları anlayışla qarşıladıq. Çempionatdan qabaq hədəfimiz maksimum olur, çempionluğa oynayırıq. Biz meydana uduzmağa çıxmırıq. Heyətimizə və durumumuza baxmayaraq, daim mübarizə aparırıq. Futzalçılarımız klubdan əməkhaqqı alırlar, ancaq digər klublara baxdıqda, bir qədər azdı. İkinci Liqada mübarizə aparan komandamızın oyunçuları əməkhaqqı almır. Çalışırıq ki, orda əsas komanda üçün oyunçu hazırlayaq. Hazırda komandamızın bir neçə üzvü hərbi xidmətdədirlər, onlar qayıtdıqdan sonra bizə qoşulacaqlar. Qısacası, bu işdə həvəsliyik. Artıq uzun zamandı bu işlə məşğuluq. Uşaqlıqdan mən futzal matçlarını daim izləyirəm. Atam futzalçı olub. Onun oyunlarına həmişə tribunadan baxırdım. Belə demək mümkündürsə, zallarda böyümüşəm. Özüm peşəkar səviyyədə futzal oynamamışam. Doğrudur, İkinci Liqada mübarizə aparan komandamızda oynayıram, ancaq görürəm ki, bəzən gücüm çatmır”.

Komandanın rəhbərlərindən biri olmasına baxmayaraq, həmsöhbətimiz heç vaxt məşqçilərin işinə qarışmadığını söyləyir: “Bizdə hər kəs həvəskardı, işini sevir. Düzdür, Azərbaycan bu biraz qəribə səslənə bilər, ancaq bizdə İdarə heyətinin üzvləri heç vaxt məşqçilərin işinə müdaxilə etmir. Belə bir düşüncə yarana bilər ki, özüm istədiyim İkinci Liqanın qarşılaşmalarında meydana çıxıram. Yox, bu belə deyil. Elə olub ki, çempionatın sonuna kimi ehtiyada oturmuşam və hətta baxışdan keçmədiyim vaxtlar da olub(gülür). Mən başqa klubdan təklif də almışam və gedib orda oynamışam. Düzdür, çıxış etdiyim komanda aşağı pillələrdə qərarlaşıb, bizim komandamız isə həmin mövsüm liderlər qrupunda olub. Belə hadisələr çox olub. Bu işlərə ən birinci özümdən başlamışam. Layiq olan forma geyinib oynamalıdır. Nə olsun ki, mən rəhbərəm! Digər futzalçılarımız da görür ki, haqq var, hər kəs öz bacarığına uyğun yerdədir. Bu amil də onlara yaxşı təsir edir və onlar da görür ki, haqq var ədalət var və işinə daha həvəslə, məsuliyyətlə yanaşır”. 
“Baku Fire” klubunun İdarə Heyətinin üzvü komandada seleksiya işləri ilə bağlı da danışıb. Orxan bəy, bu məsələdə çətinlik çəkdiklərini etiraf edib: “Bizim komandada seleksiya da olur. Məşqləri niyə tez başlayırıq? Bunun səbəbi var. Biz istəyirik ki, seçim çox olsun. Oynamaq istəyənlər bizə müraciət edir. Bizim klubda seleksiya məşqləri olduğunu bilənlər, gəlirlər. Komanda olaraq oyunçuları bu yolla seçirik. Əslində, hazırda futzal məktəbi, aşağı yaş qrupunun yaradılması məsələsi aktualdır. Etiraf etmək lazımdır ki, futzal məktəbimız yoxdur. Bunun üçün də məcburuq ki, böyük futboldan oyunçu cəlb edək. Çox zaman, böyük futboldan oyunçu cəlb etmək asan olmur. Çünki cavanlar hələ də böyük futbolda hansısa şanslarının olduğuna inanırlar və özlərini orda yoxlamaq istəyirlər. Əksəriyyət klubların əvəzedici heyətində oynamağı futzal oynamaqdan üstün tutur. Böyük futboldan futzala oyunçu cəlb etmək adaptasiya baxımından həmişə uğurlu olmur. Bizə hazırda gənc oyunçular lazımdı. Heç kimin xətrinə dəymək istəmirəm, ancaq yaşlı oyunçuların əksəriyyətinin oyunları bizləri qane etmir. Qeyd etidiyim kimi, cavanlar özünü daha çox böyük futbolda sınamaq istəyir. Bu məsələdə bir qədər problem yaşayırıq. U-15 Liqası komandamıza çox xeyir verdi. Həmin kollektivə gənc oyunçuları cəlb etdik və onların futzala baxışı da dəyişdi. Gördülər ki, bu tamamilə ayrı idman növüdü, futboldan tam fərqlənir. Xeyli suallara var. Hərbi xidmətdə olan oyunçularımız gəldikdən sonra necə formada olacaqlar? Ümumiyyətlə oynamaq istəyəcəklərmi? Bəzən elə olur ki, gənclər əsgərlikdən döndükdən sonra özlərini başqa sahələrdə sınamaq istəyirlər”. 
Orxan Məmmədov klublarımızın heyətinə legionerlərin cəlb olunmağının tərəfdadırıdır. Ancaq bir şərtlə: “Legionerlərin transfer edilməsinə pis baxmıram. Əsas məsələ odru ki, gələn futzalçı yerli oyunçudan ikibaş üstün olsun. Çünki, bizim futzalçılar onlara baxıb nəsə öyrənməlidir. Belə olmasa, yerli oyunçularla eyni gücdə olan legionerlər gətiriləcəksə, bunun nə mənası olacaq?. Həm də bu yerli futzalçılara qarşı haqsızlıq kimi sayıla bilər”. 
Qeyd edək ki, hazırda “Baku Fire” klubunun heyətində ancaq azərbaycanlı futzalçılar yer alır.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

 

Son yazılar

To Top