big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

LAYİHƏ: “Gənclər futbolunun inkişafı proqramı”, yoxsa yadlara sevgi?

01.08.2017 , 07:33

Korner.az və Sportfm.az saytlarının "Uşaq futbolu: problemləri aradan necə qaldırmalı?" layihəsi çərçivəsində üçüncü yazısı
 
Dünyanın bir çox ölkəsində klub sahibi olan insanlar getdikcə uşaq-gənclər futbolunun inkişafı haqqında daha çox düşünürlər və bu sahəyə ciddi sərmayə yatırmağa başlayıblar. Çünki bu, bir neçə cəhətdən faydalıdır. Əvvəla, uşaq-gənclər futbolunun inkişafı klubun identikliyini saxlamaq, legionerlərə nisbətən daha az, bəzən dəfələrlə az vəsait xərclənməsi baxımından sərfəlidir. İkincisi, öz akademiyasının yetirməsini satan klub buna görə əlavə xərcə düşmür, əksinə, qazanc əldə edir. Və, nəhayət, üçüncüsü, "Financial Fair Play” ("Maliyyə feyr-pleyi”) qaydalarına görə, futbol akademiyalarının saxlanılması "Müvafiq xərclər” bölməsinə daxil edilmir. Akademiyaların yetirmələrinin satışı isə "Gəlirlər” bölməsinə əlavə olunur. Bu isə klubun birbaşa xeyrinə olan məsələdir.
 
Hamımız şikayətlənirik, amma…
 
"Ölkədə yeni futbolçu nəsli yetişmir”… Bu SOS siqnalı illər əvvəldən verilib və bu gün də aktuallığını qorumaqdadır. Səbəbləri haqda çox danışmaq olar və bu barədə illərdir danışırıq. Və sadəcə danışırıq. Biz danışmaqda ikən vəziyyət o həddə çatıb ki, yaradılmış süni-təbii qıtlıq ucbatından aşağı yaş qrupları üzrə yığma komandalarımıza qeyri-azərbaycanlıların cəlb edilməsi getdikcə kütləvi hal almağa başlayıb. Əlbəttə, kimsə Şahin Diniyevli dövrü xatırlayaraq əsas milli komandada "milliləşdirmə”nin əvvəlki illərdəki kimi olmamasına sevinə, "əşi, hətta Almaniya kimi ölkə də futbolçuları "milliləşdirir” – şəklində özünə təsəlli verə bilər (hərçənd avropalıların "milliləşdirmə” siyasəti də tam fərqli və perspektivə hesablanmış olur, bəs bizdə aşağı yaş qrupu üzrə yığmalarda çıxış etmiş hansısa əcnəbi oyunçunun daha yuxarı yaş qrupu üzrə yığmaya və ordan da əsas yığmaya yüksəldiyini kimsə görübmü?).
Hətta qadın futbolunda belə kütləvi milliləşdirmə yolu ilə nəticə qazanmaq istəyinin sonunda hansı hadisələrin dövr etdiyini hər kəs bilir. Ancaq müşahidələr və aparılan təhlillər onu göstərir ki, əksər klublarımızın, uşaq-gənclər məşqçilərimizin məsələyə yanaşma tərzində dəyişiklik olmayacağı təqdirdə yaxın illərdə, hətta, bugünkü vəziyyəti əldə çıraqla gəzəcəyik. Üstəlik, bu problemli məsələlərə məşqçilərimizin səviyyəsinin getdikcə aşağı düşməsini, kimin harda gəldi, necə gəldi yeniyetmələrə məşq keçməsini gözlər önünə gətirdikdə, problemin nə qədər böyük olduğu ortaya çıxır. 
 
Dağıstanlılara və türkiyəlilərə olan sevgi…
 
İllərdir formalaşan stereotipləri sındırmaq üçün yetərli kadrlar və zaman lazımdır. Yeniyetmələri Avropanın əksər ölkələrində olduğu kimi, istedadına və potensialına görə seçə biləcək səviyyədə olmayan məşqçilərimizin ayda 5-10 manata görə futbolumuzun gələcəyini məhv etdiyini bilməyən yoxdur. Belə məşqçilərin rəhbərliyi altında məşq edən uşaqların sonradan futbolçu qıtlığı olduğunu nəzərə alaraq, rahat şəkildə klublarımızın formasını geydiyini hamı bilir. Bu "mütəxəssis”lərin "şinel”indən çıxan futbolçular meydanda adi ötürməni düzgün verə bilmədikdə isə azarkeşlərin saçını-başını yolmasına səbəb olurlar. Artıq 17, 19, 21 yaşlılardan ibarət millilərimizin "poliqon”a çevrildiyi, Almaniyanın regional liqalarında top qovan türk əsilli gənclərin ümid yeri olduğu hər kəsə məlumdur. Almaniyalı baş məşqçi Berti Foqtsun Azərbaycan futboluna "qazandırdığı” bu mərəzdən hələ də, qurtula bilmirik.
Hətta iş o yerə çatıb ki, bəzən yığmamıza cəlb etdiyimiz, ayağı top tutan oyunçunun kimliyi belə bəlli deyil. Sonradan 10 milyonluq ölkənin şərəfini hansısa terroristin, cinayətkarın qoruduğu ortaya çıxır. Bu istiqamətdə xərclənən pulların hesabını kimin verəcəyi isə böyük sualdır.  Təməli Kazbek Tuayev tərəfindən qoyulan "dağıstanlı” sevgisinin ölçüləri isə sərhəd tanımır. Uzun illərdir qonşu Dağıstandan ölkəmizə xeyli sayda futbolçu gətirilib, onları müxtəlif kateqoriyalara bölmək olar – yığmada çıxış edənlər, ehtiyatda oturanlar, Azərbaycandan tramplin kimi istifadə edənlər, bir oyunluq dəvət olunanlar və s. Hazırda Azərbaycan yığmasının və "Qarabağ”ın aparıcı futbolçularından biri olan Bədavi Hüseynovun, millimizin hücum xəttində yer alan Ruslan Qurbanovun Dağıstandan olması onu göstərir ki, Rusiyanın bu əyalətinə olan "sevgimiz” sonsuzdur. Yığmalarımıza rəhbərlik edən məşqçilərin də ilk boylandığı məkan məhz bu çoxmillətli respublikadır. 
Hazırda, vaxtilə Azərbaycanın müxtəlif yaş qrupları üzrə yığma komandalarına cəlb edilən 30-a yaxın futbolçu Türkiyənin və Almaniyanın aşağı liqalarında vaxt keçirir. Onların içərisindən 16 nəfər millimizin forması isə rəsmi matçlarda iştirak edib və hazırda harada olduqları məlum deyil. Bizə belə inkişaf lazımdırmı? Və ən ağrılı məqam ondan ibarətdir ki, bu proses davam edir. Əksini düşünürsünüzsə, 3-5 ildən sonrakı əsas və 21 yaşadək futbolçulardan ibarət yığma komandaların 18 nəfərlik heyətini qurun. 
 
UEFA yerli federasiyaları daha çox "sıxmağa” başlayıb
 
Azərbaycanda, bəlkə də, yalnız klubların müvafiq əməkdaşları səviyyəsində bilinən "Gənclər futbolunun inkişafı proqramı” haqqında məlumatı çoxları AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədovun ötən il korner.az-a verdiyi müsahibəsindən almışdı. UEFA-nın hər ötən il klubların bu proqramlarına daha çox önəm verdiyini deyən AFFA rəsmisi bu istiqamətdə Məşqçilər Komitəsi ilə birgə çalışdıqlarını demişdi: "UEFA son zamanlar bu proqramın federasiyalar tərəfindən ciddi nəzarət olunmasını tələb edir. Lisenziyalaşdırma qrupunda isə məşqçi ixtisasına sahib olan mütəxəssis yoxdur ki, gedib klubların uşaq akademiyalarında sırf məşq prosesinin keyfiyyətini qiymətləndirsin. Məşqçilər Komitəsi ilə bu məsələni müzakirə etdik və onlar da təşəbbüsümüzü çox yaxşı qarşıladılar. Təklifi rəhbərliyə birlikdə təqdim etdik və AFFA İcraiyyə Komitəsi tərəfindən qəbul olundu. Artıq proses başlayıb və Məşqçilər Komitəsinin üzvləri vəziyyətlə yerində tanış olmaq üçün Gəncəyə, Qəbələyə səfərlər ediblər. Sonda ümumi rəy rəy yazacaqlar ki, filan klubun "Gənclər futbolunun inkişaf proqramı”nı təsdiqləmək olar, ya yox”. 
Məşqçilər Komitəsi ilə Lisenziyalaşdırma qrupunun birgə fəaliyyətinin nəticələri, klubların sözügedən proqramlarına nə cür rəy verildiyi növbəti yazılarımızın mövzusu olacaq…
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir
 

Son yazılar

To Top