big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

LAYİHƏ: Futbolçu kimi effektiv olmayan tərbiyəli uşaqlar!

29.08.2017 , 07:20

Korner.az və Sportfm.az saytlarının “Uşaq futbolu: problemləri aradan necə qaldırmalı?” layihəsi çərçivəsində onuncu yazısı
Ötən yazıda “Qəbələ” uşaq-futbol akademiyasının rəhbəri Nail Kərimov gənclər futbolunun inkişafı proqramı çərçivəsində görülən işlərdən bəhs etmişdi. Bu dəfə isə klub rəsmisi gənclər futbolunun inkişafı istiqamətində görülməli olan işlərdən, hazırda bu sahədə olan boşluqlardan söhbət açdı: 
“Neftçi”nin uşaq futboluna yanaşması daim səthi olub”
Gənclər futbolunun inkişafı istiqamətində boşluqlara gəlincə, öncə futbol klubları və məktəblərini qeyd etmək istərdim. Son 8 ildə ölkəmizdə “Qəbələ”dən başqa stabil akademiyası olan klub yoxdur. Təəssüf ki, “Bakı” klubu fəaliyyətini dayandırdı və bu sahədə bizim üçün ən ciddi rəqib meydandan çəkilməli oldu. Buna çox üzülürəm, onlar Azərbaycan futbolunun inkişafı üçün mühüm işlər görürdü. Görün, hazırda müxtəlif yaş qrupları üzrə yığmalarımızda, Premyer Liqanın klublarında “Bakı”nın nə qədər yetirməsi çıxış edir! Mən hələ Birinci Divizionu demirəm. Ümid edirəm ki, digər klublar məndən inciməzlər. Məsələn, ölkə futbolunun ən köklü komandası olan “Neftçi”nin uşaq futboluna yanaşması daim səthi olub. “Qarabağ” son bir ildə bəzi yaş qruplarında ciddi iş görüb. 2-3 il əvvəl “Əlincə” klubu var idi, indi onun yerini “Vətən” tutub. “Rəvan” futbol səhnəsindən silinib, əvəzində “Səbail” və ya “Zirə” meydandadır. Adları çəkilməyən digər klublarda da uşaq futbolu sahəsində ciddi çatışmamazlıqlar var. Eləcə də, Azərbaycanda peşəkar klubları çıxsaq, həvəskar məktəblər demək olar ki, yox səviyyəsindədir.

Uşaq futbolunda həvəskar məktəblərin xüsusi yeri var. Avropada belə məktəblər daim diqqət mərkəzində olur. Böyük klublar onlara yardım edir. Bizdə isə bu istiqamətdə heç bir iş görülmür, belə olan halda isə yük AFFA-nın üzərinə düşür. Lakin futbol federasiyası təkbaşına futbolu inkişaf etdirə bilməz. Hazırda aşağı yaş qrupları üzrə milli komandalara uzun müddətli toplanışlar keçirilir, federasiya milli komandaları bu yolla inkişaf etdirməyə çalışır. Klublarda və məktəblərdə futbolçular lazımi şəkildə hazırlanmadıqlarına görə bu addım atılır. Amma hamıya məlumdur ki, yaxşı futbolçu milli komandaların toplanışlarında yox, öz klubunda yetişməlidir. Təəssüf ki, sadalanan problemlər bir-birinə zəncirvari bağlıdır. Hər kəsin özünə görə haqlı bəhanələri var. Amma mən hesab edirəm ki, futbolun inkişafı üçün, Avropa səviyyəli futbolçuların yetişmələri üçün güclü maliyyə dayaqları, ənənələri və biznes məqsədləri olan klublara ehtiyac var. 
“Tərbiyəli uşaq futbolçu kimi effektiv olmur”
Sadaladığım nöqsanlarla yanaşı, futbolçuların şəxsiyyət probleminə də toxunmaq istərdim. Sözügedən problem istənilən sahədə mövcuddur, lakin futbol kollektiv yanaşma tələb etdiyinə görə özünü daha qabarıq şəkildə biruzə verir. Ailələrimizdə tərbiyə anlayışına böyüklərə hörmət etmək, siqaret çəkməmək, içki içməmək və sair bunun kimi sadə anlayışlar daxildir. Bütün deyilənləri edən, lakin misal üçün, üzməyi bacarmayan, yemək seçməyi və adicə yeməyin qaydasını öyrənməyən, şəxsi gigiyenası ilə məşğul ola bilməyən, təhsili və mütaliəsi olmayan, mədəni cəsarəti zəif, sosial keyfiyyətləri aşağı olan yeniyetməyə tərbiyəli uşaq deyirlər. Və bu tərbiyəli uşaq 18 yaşında cəmiyyətə qoşulmağa hazır olmadığı kimi, futbolçu kimi də effektiv olmur. Əsas problemlərdən biri budur. Vətəndaş cəmiyyətinə inteqrasiyaya hazır olmayan gəncdən futbolda xarüqələr gözləmək absurddur. Diqqət etsəniz, əksər azərbaycanlı futbolçular 24-25 yaşdan sonra, yəni yeniyetmədən şəxsiyyətə keçid dövrünü tamamladıqdan sonra parlamağa başlayırlar. Bizlər bəzən 25 yaşlı futbolçuya perspektivli oyunçu kimi baxırıq.

Xaricdə isə belə deyil, baxırsan ki, 17-18 yaşlı futbolçu güclü futbol çempionatları olan ölkələrdə çıxış edir, parlamağa başlayır, öz ölkəsinin yığma komandasının heyətinə cəlb edilir. Ümid edirəm ki, cəmiyyətdə gedən müsbət dəyişikliklər tezliklə bənzər problemlərin aradan qaldırılmasına kömək edəcək. Vətəndaşı, yəni futbolçunu cəmiyyət hazırlayır. Ölkədə olan futbol klublarının akademiyaları güclənməli, yeni akademiyalar təsis edilməli, çoxlu sayda həvəskar klublar və məktəblər açılmalı, il ərzində xeyli sayda müxtəlif yaş qruplarını əhatə edən uşaq futbol turnirləri təşkil olunmalıdır. Bağça və məktəblərdə bədən tərbiyəsi dərslərinə diqqət artırılmalı, kiçik yaşda üzgüçülük, aerobika və s. idman növlərinə müraciətlər çoxalmalı, küçələrdə, bağçalarda, məktəblərdə koordinasiyanın inkişaf etdirilməsi üçün alətlər və yerlər fəaliyyət göstərməlidir. Futbolla təhsilin paralel aparılması üçün səlis proqram olmalı, istənilən halda təhsil idmandan öndə dayanmalıdır. İxtisaslı məşqçilərlə yanaşı, idman həkimləri, fizioterapevtlər, videoanaliz üzrə xüsusi mütəxəssislər, fiziki hazırlıq üzrə məşqçilər, psixoloqlar yetişməli və prosesə cəlb olunmalıdırlar. Bütün işlər paralel qaydada görülməlidir. Bölgələrə böyük diqqət ayırmaq lazımdır. Azərbaycan güclü futbol ənənəsi ilə seçilən rayonlar var. Orada yetişən və istedadı olan yeniyetmələrin üzə çıxması üçün tədbirlər həyata keçirilməlidir. O zaman gənclər futbolunun sistemli şəkildə inkişafından bəhs etmək olar.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Son yazılar

To Top