big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

LAYİHƏ: “Fuad Musayev mənə və Mahirə görə onlardan 100 min dollar pul istədi…”

21.12.2017 , 07:39

Korner.az və Sportfm.az saytlarının “Futzal: klublarımız haqqında bilmədiklərimiz və ölkə futzalında iz buraxanlar” layihəsi çərçivəsində on üçüncü yazısı

Yüksək Liqanın oyunları zamanı Əl Oyunları Sarayına baş çəksəniz, meydanda olanlar içərisində yaşı xeyli irəliləmiş birinin gənclərlə başabaş mübarizə apardığının şahidi olacaqsınız. İstər sürəti, istərsə də cəldliyi ilə digərlərindən fərqlənməyən bu veteran futzalçı Ağatahir Əzimovdur. Hamının “Tahir” deyə çağırdığı 43 yaşlı oyunçu gənc yaşlarında top oyunundan tamamilə uzaq olub:”Mənim uşaqlıqdan güləşə böyük marağım vardı. 7 yaşında güləş bölməsinə yazılmışam. Pis güləşmirdim. SSRİ vaxtında güləşçilərə yaxşı baxırdılar. Sonradan vəziyyət pisləşdi. Uşaqlıqda məktəbdə oxuyanda bir neçə məşqçi məni futbola aparmaq üçün arxamca gəlmişdi, ancaq imtina etmişdim. Mən güləş müəllimi işlədiyim zaman cəmi 2 dollar maaş alırdım. Həmin pulla necə dolanmaq olardı? Mən də gedib uşaqlarla məhlə-məhləyə futbol oynayıb, pul qazanırdım”.

Əzimovun futzala gəlişi maraqlı hadisə sayəsində baş verib. Bir çox oyunçulardan fərqli olaraq, o böyük futbol oynamayıb:”1994-cü il idi, 20 yaşım vardı, 44 nömrəli məktəbin meydançasında qardaşımla(Elçin Əzimov – red.) futbol oynayırdıq. İlqar Abdulov da(Veteran futzalçı – red.) orda idi. Onun atası da bizim oyunumuzu seyr edirdi. Birdən bir maşın saxladı, rəhmətlik Oqtay müəllim(Əməkdar məşqşi Oqtay Heybətov – red. )düşdü, İlqarın atasına yaxınlaşıb futbolçu lazım olduğunu söylədi, o da, məni və qardaşımı məsləhət gördü. Səhərisi gün biz onunla görüşüb, “Azərneftyanacaq” futzal komandasına baxışa yollandıq. Bəyəndilər və ikimizin də qalmasını istədilər. Özümüzə də “3 şirvan”(30 manat – red.) maaş təklif etdilər. Güləşə baxanda, burda yaxşı pul verdikləri üçün qalmaq qərarına gəldim.

20 yaşında məhəllədən birbaşa peşəkar futzala gələn Əzimov meydanda əsas işinin qol vurmaq olduğunu bildirir:”Mən onda güclü futbol oynamırdım, işim qol vurmaq idi, bunun öhdəsindən isə yaxşı gəlirdim, gücüm vardı(gülür). Zərbələrim çox güclü idi, futbolu qardaşım yaxşı oynayırdı, o ötürməni edirdi, mən vururdum. Samboda, güləşdə əla uğurlarım olub. Əməlli-başlı idmançı idim(gülür). Ali məktəbi də güləş müəllimi kimi bitirmişəm. Pul qazanmaq istəyirdim, ona görə futzalı seçdim. Sovetlər dönəmində güləş üzrə xeyli turnirlərdə iştirak etmişəm. 3 dəfə ümumittifaq yarışının qalibi adını qazanmışam. Gənclər arasında üçqat Azərbaycan çempionu olmuşam. Sambo üzrə iki dəfə respublika ikincisi olmağı bacarmışam.

Parket üzərinə yenicə ayaq basmasına baxmayaraq, Ağatahir tezliklə yığmanın düşərgəsinə dəvət edilir:”İki ay idi futzal oynayırdım. O zaman Azərbaycanda bütün güclü oyunçular “Azadə” komandasında toplaşmışdı. Məni də ora dəvət edirdilər. Mən “Azərneftyanacaq” forması ilə çıxdığım 6 matçda 23 qol vurdum. Komandamız isə ümumilikdə 26 dəfə fərqlənmişdi. Qollardan ikisini qardaşım Elçin, birini isə Oqtay müəllimin qardaşı Mütəllim Heybətov rəqib qapısından keçirmişdi. İki aya yaxın idi klubda çıxış edirdim, məni yığmanın heyətinə çağırdılar. 1995-ci il idi, Azərbaycan yığması yenicə formalaşdırılırdı. Bizim komandada Vahid Həşimov, Oqtay müəllimin qardaşları Mütəllim və Etibar, Elçin adlı qapıçı(soyadını xatırlamadı – red.), Mahmud Mahmudov və bizimlə birlikdə iki-üç gənc futzalçı çıxış edirdi. İlk dövrə bitdikdən sonra mən və qardaşım “Azadə”yə keçdik. Və həmin mövsüm qızıl medalları qazandıq. Sonra sponsorla bağlı problemlər oldu və komanda dağıldı. Rəhbərlik bizim transfer vərəqələrimizi verdi və bildirdi ki, hər kəs istədiyi klubla müqavilə bağlaya bilər. Məni “Neftçi” istəyirdi. Tezliklə onların istəyini müsbət cavablandırdım. Sonra hərbi xidmətə yollandım. Əsgərlikdən qayıtdıqdan sonra böyük futbolda çıxış edən bir neçə komanda mənə dəvət göndərdi, imtina etdim. Böyük futbol oynamaq istəmirdim. Həmin dönəm İka(Veteran futzalçı İbrahim Həsənov – red.) “Avanqard” futzal klubunun baş məşqçisi idi. Məni yanına çağırdı. Bununla da “Avanqard” karyeram başladı. 

Millimizin forması ilə matçını Latviyaya qarşı keçirən Ağatahir Əzimov 1998-ci ildə Belçikaya qarşı oynanan dramatik qarşılaşmanın da iştirakçısı olub:”O görüşü heç vaxt unutmaram. Hesab 4:3 bizim xeyrimizə idi. Üç qolu mən vurmuşdum. Sona 12 saniyə qalmış qol buraxdıq və Qvatemalada keçiriləcək Dünya Çempionatına gedə bilmədik. İndi hamı deyir ki, braziliyalılar tarix yazdı, Azərbaycanı Dünya Çempionatına “apardı”. Biz o tarixi 20 il bundan öncə yaza bilərdik, sadəcə 12 saniyə bizi həmin turnirdən ayrı saldı. Belçika ilə qarşılaşmaya məşqçisiz çıxmışdıq. Məhz həmin ildən sonra bir çox tanınmış futzalçı yığma karyerasını başa vurdu. Mən isə oynamağa davam edirdim”. 
Bəs görəsən, Azərbaycan çempionatında inanılmaz məhsuldarlıq sərgiləyən Əzimova ölkə xaricindən dəvət yox idimi?:”Onda Fuad Musayevin(AFFA-nın ilk prezidenti – red.) qılıncının sağı-solu kəsən vaxtıydı. 2000-ci ildə Macarıstanda Avropa Çempionatının seçmə mərhələsinin görüşləri keçirilirdi. Mən də yığmanın heyətində idim. Turnirdən sonra mənə və Mahir Eyniyevə Macarıstan çempionu olan komandadan təklif gəldi. Hər futzalçıya ayda 1200 dollar maaş, qalib gələcəkləri matçlarda 200 dollar mükafat verəcəklərini bildirdilər. Mən onda 34 “şirvan”(340 manat – red.) maaş alırdım. Fuad Musayevin icazəsi olmadan heç kimlə danışıq aparmağa icazə vermirdilər. Macarlar da AFFA-ya müraciət etdi. Sonradan bildim ki, Musayev mənə və Mahirə görə onlardan 100 min dollar pul istəyib. Təbii ki, onlar bizi transfer etməkdən imtina etdilər. Həmin vaxt 100 min dollar azərbaycanlı oyunçu üçün çox böyük məbləğ idi. Musayev “önümüzü kəsdi”. Rusiyanın bir neçə klubu mənimlə maraqlanırdı, rəhmətlik Telman Əzizov transfer vərəqəmi verməkdən imtina etdi, gedə bilmədim. Həddindən artıq çox dəvət vardı. İmkan versəydilər, gedib Avropada oynayardım, normal həyat qurardım. İndiyə kimi futzal oynamağa məcbur olmazdım. Məcbur qalmışam, iş olmadığı üçün top qovuram. Nə edə bilərəm? “Azərneftyanacaq”da, “Turan AİR”-də ölkə çempionu oldum. Yalnız 2004-cü ildə legioner həyatı yaşaya bildim. Onda isə artıq 30 yaşımı haqlamışdım. Qazaxıstanın “Kayrat” komandasına getdim, ancaq orda çox qalmadım. Rusiyanın Mahaçqala şəhərini təmsil edən futzal komandası mənim xidmətimdə maraqlı idi. Elman Ələkbərov onlarla anlaşmışdı. Gəldim Dağıstana. İlk mövsüm Rusiya çempionatının gümüş medallarını əldə etdik. Klub rəhbərliyi mənimlə uzunmüddətli müqavilə imzalamaq istəyirdi. Ancaq Bakıdan gələn zəng bütün planlarımı alt-üst etdi. Məni “Araz”a çağırırdılar. Rusiyadan dönərək, Naxçıvan klubu ilə müqaviləyə qol çəkdim”.
4 il “Araz”ın formasını daşıyan futzalçı bir anda klubda “istənməyən şəxs”ə çevrilir. Səbəbini özündən eşidək:”Hər şey yaxşı gedirdi. Komandamız hər il çempion olurdu. Sonra Zaur Axundov(Azərbaycan Futzal Federasiyasının prezidenti – red.) Joze Alesio Da Silvanı(Yığmamızın və “Araz”ın hazırki baş məşqçisi – red.) gətirdi. Onunla yola getmirdim, çalışırdı ki, öz gətirdiyi uşaqları oynatsın. Mən isə buna etiraz edirdim. Deyirdim ki, gətirdiyin oyunçuların heç biri bizim futzalçılardan güclü deyil. Cavabında kimi istəyirəm, onu da oynadacağam söyləyirdi. Avropa Çempionatına getməyimizə 3 gün qalmışdı, braziliyalı ilə yenə mübahisə etdim. Baxdım ki, Alesio adımı heyətdən çıxarıb və özünün gətirdiyi Ediqleius adlı həmyerlisinin adını siyahıya yazıb. Bu dəfə onunla əməlli-başlı dalaşdım. Onunla da yığmanın qapıları üzümə birdəfəlik bağlandı”.


Məlum hadisədən sonra “Araz”dan uzaqlaşdırılan Ağatahir bəy bir müddət futzaldan ayrı düşüb:”Haqsızlığa dözən insan deyiləm, məni tanıyanlar bunu yaxşı bilir. Yığmadan və “Araz”dan ayrı düşəndən sonra başqa bir işin qulpundan yapışmaq qərarına gəldim. İş tapdım və futzaldan tamamilə uzaqlaşdım. Sonra Turqay Fərzəliyev(“Fənər” klubunun prezidenti – red.) mənimlə əlaqə saxladı və komanda yaratmaq istəyini açıqladı. Danışıb, barışdıq. Mən oynayan məşqçi oldum. Birinci Liqada ilk sıranı tutduq. Ordan “Xəzər Adaları”na yollandım. O klub dağılanda isə yenidən futzal oynamağa məcbur oldum. Ailəni nə ilə saxlayım? Başqa iş bacarmıram, ölkə futzalında isə bizim üçün iş yoxdur. Hazırda “İtaldizain” komandasının şərəfini qoruyuram”.
Futzalımızın indiki durumundan bəhs edən “Tahir” braziliyalıların çoxluğunda yerli oyunçuların üzə çıxmasını mümkünsüz sayır:”2010-cu ildə limit yox idi. Yığmamızda 9-10 gəlmə futzalçı çıxış edirdi. İndi yenə eyni tendensiya yaşanır. Azərbaycanlı uşaqların adı gedir, oynayan yenə braziliyalılardır”.

Uzun illərdir futzal oynamasına baxmayaraq, yığmamızın sabiq üzvü ciddi zədə almadığını bildirir:”Allaha şükürlər olsun ki, ağır zədələr məndən yan keçib və heç vaxt əməliyyat olunmamışam. Ancaq sağ dizim həmişə ağrıyıb. Elə ilk başladığım vaxtlardan sağ dizimdə ağrılar əmələ gəldi. İndinin özündə belə həmin ağrılar var”.
Azərbaycan futzalının “döyünən nəfəsi” olan Ağatahir Əzimov vaxtilə yaxşı oyunçularımızın çox olduğunu qeyd edir:”Mahir Eyniyev, Rüfət Məmmədov, İlqar Aslanov, Nəsimi Nuriyev, Nurəddin Eyniyev, Natiq Məmmədkərimov, Allahverdi Babayev və s. mükəmməl futzalçılarımız olub. İndi isə yoxdur, çünki biz ilbəil dala gedirik, braziliyalılar inkişaf edir”. 
Qeyd edək ki, ayrı-ayrı komandaların heyətində 10 dəfə Azərbaycan çempionu, 8 dəfə ölkə kubokunun qalibi olan veteran oyunçu, 5 dəfə ən sərrast hücumçu, 2 dəfə isə ən yaxşı oyunçu ünvanını əldə edib. Ağatahir Əzimov məşqçi kimi də Azərbaycanın ən güclüsü olub. Belə ki, “Xəzər Adaları” klubunda köməkçi-məşqçi funksiyasını yerinə yetirən “İtaldizain”ın üzvü, 2015-ci ildə Yüksək Liqanın qızıl medallarını qazanıb.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Son yazılar

To Top