big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

LAYİHƏ: Əsas dərdi meydança olan kiçik “aslanlar”ın hədəfi

21.09.2017 , 19:08

Korner.az və Sportfm.az saytlarının “Uşaq futbolu: problemləri aradan necə qaldırmalı?” layihəsi çərçivəsində on səkkizinci yazısı.

Azərbaycan Premyer Liqasında çıxış edən klublarda gənclər futbolunun inkişafı ilə bağlı mövzumuzu davam etdiririk. Bu dəfə ki, “dayanacaq” elitanın debütantı “Səbail”dir. Görək özü bu sahədə “gənc” olan klubda, hansı işlər görülür? Vaxtilə millimizin şərəfini qorumuş Cahangir Həsənzadə paytaxt komandasının gənclər futbolunun inkişafı proqramını həyata keçirməsinə nəzarət edir:”20 il öncə futbola başlamışam. Olub keçib. Nə olubsa, olub. Karyeramı bitirdikdən sonra “Mançester Yunayted” Uşaq Futbol Məktəbi”ndə çalışmışam. Məşqçi karyerama da orada başladım. Öz barəmdə çox danışmaq istəmirəm. Çünki nə desək, azdı. Görüləcək işlər çoxdu. “Səbail”dən mənə müraiət olundu. Yeni yaranmış komandadı. Onlara futbolun içindən çıxmış mütəxəssis lazım idi. Mən də təklifi qəbul etdim. “Səbail”in bu sahədə uğur qazanması üçün əlimdən gələni əsirgəməyəcəm. Görüşdük, təklifləri danışdıq və qəbul etdim. Bu qeyri-adi bir şey deyil və sıradan bir şey kimi qəbul edirəm. “Səbail” klubu yeri yaranıb və təməlimiz indi qoyulub. Ötən il komanda I Divizionda oynayırdı və orada uşaq liqaları yox idi. Premyer Liqaya gəldikdən sonra bütöv yaş qruplarında çempionatlar keçirilir və bu oyunları tənzimləyən bir şəxs kluba lazım oldu. Komanda rəhbərliyinə də məşqçilərlə bilavasitə ünsiyyətdə olan çalışdırıcı lazım idi. Hansısa işin nəticəsini görmək istəyiriksə, onun əvvəlindın planlar qurulmalıdı. Möhkəm təməl olmalıdı və o təməllərdən də biri bu proqramdı. Bir günə heç bir nəticəyə nail olmaq olmaz. Uşaq futbolunun inkişafı üçün proqramdan istifadə etmək mütləqdi. Bizim layihənin ilkin müddəti dörd illikdi. Komanda yeri yaranıb, infrastruktur sıfırdan qurulub. Hələ görüləcək işlərimiz çoxdu. Uşaq futbolunda inanmıram ki, hər hansısa qeyri-adi işlər görülür. Normalda Avropa və dünya təcrübəsində görülən işlərdi. Yəqin edirəm ki, bu digər klublarda da belədi. Şübhəsiz ki, hər klubun proqramında spesifik bəndlər ola bilər. Əsas məqsəd isə yaş qruplarından asılı olaraq uşaqların bacarıqlarının artırılmasıdı. O məqsədə nail olmaq üçün məşqçi heyəti ilə məsələnin texniki tərəfini tənzimləmək lazımdı”.

38 yaşlı sabiq qapıçı proqramın icrasından və onun gələcək faydasından da bəhs etdi: “Proqramın icrasına gəldikdə, indiki vəziyyətdə proqramda nəzərdə tutulan hər şeyi yerinə yetirmək çətindi. Komandanın tam infrastrukturu qurulmayıb. Meydançlaramızın biri təmirdədi. Hələki meydanları icarəyə götürürük. Bayıldaki meydanımız təmir olunduqdan sonra proqramımızın tam icrasına başlaya biləcəyik. Qısa müddətdə, hətta bu mövsümün sonunda bizim yaş qruplarından yığmaya bir neçə futbolçu dəvət olunmalıdı, hədəfimiz budur. O zaman bizim də göstəricimiz qeyd etdiyim məqam olacaq. Sözsüz ki, bizdə əsas məqsəd nəticə deyil. Mən çox eşitmişəm ki, hamı deyir uşaq futbolunda nəticə önəmli deyil. Ancaq görünən başqadı. Bəzi məşqçilər və rəhbərlik uşaqlardan bilavasitə nəticəyə uyğun oyun tələb edirlər. Rəhbərlik də məşqçilərdən ancaq nəticə tələb edir. Hesab edirəm ki, bu yanaşma düzgün deyil. Bizdən nəticə istənilmir. Bu bütün yaş qruplarına şamil olunur. Önəmli olan futbolçuların böyüməsi, inkişaf etməsidi. Məqsəd odu ki, yaxın gələcəkdə, 5-6 ilə öz yetirmələrimiz komandaya kömək etsin. Başqa klubdan icarəyə və yaxud birbaşa transferlə oyunçu almayaq. Biz həmin sərmayəni uşaq futboluna qoyub özümüz üçün istedadlı gənclər yetişdirmək istəyirik”.

 

Veteran “çərçivə qoruyucusu” futbolsevərlər tərəfindən söz-söhbətə səbəb olan müddətlə bağlı da fikrini bildirməyi özünə borc bildi:”Düşünürəm ki, hər bir proqramın uzunmüddətli yaxud qısamüddətli olması, maliyyə ilə bağlıdı. Klubda maliyyə sarıdan problem yoxdursa, qısamüddətli proqramlar yersizdi. Gəlin açıq danışaq, bizim ən kişik yaş qrupumuz 11 yaşlılardı. Bir illik proqramın sonunda biz 11 yaşlılardan nə gözləyə bilərik? Ona görə də, bu universal proqram olmalıdı. İstənilən klubda işləyənlərin şəxsiyyətindən asılı olmayaraq vahid strategiya olmalıdı. Biz də sadəcə funksioner olaraq həmin işləri davam etdirməliyik. Məsələn, bu gün Cahangir burdadır, şübhəsiz ki, sabah başqa yerdə bilər. Ancaq vahid bir strategiya olarsa, kluba gələcək hər bir məşqçi və işçi ona uyğun hərəkət edəcək . Ola bilsin ki, səhvlər olacaq. Təbii haldı, ancaq bu səhvlərin üzərində işləmək çox vacibdir. Strategiyanı tez-tez dəyişmək doğru addım deyil. Belə olduqda uşaqların inkişafı da yaxşı olmayacaq. Ən birinci hədəfimiz odur ki, 17 və 19 yaşlılarımızın içərisindən yığma komandaya olan namizədlərin sayını çoxaldaq. Ən öncül məqsədimiz də budu və sözsüz ki, bu bir günün işi deyil. Zəhmət tələb edən işdi. Mövsümün sonuna bizim komandada dəyişikliyi görəcəyik. Gələcəkdə “Səbail” komandasının Premyer Liqada favoritlər sırasında olması üçün akademiyada təməli indidən qoymalıyıq. Yeni yaranan komandanın problemləri də çox olur. Əgər komanda bir günlük deyilsə, inkişaf olacaqsa, onun göstəricilərindən biri məşqçi heyətinin və ümumilikdə klubun gələcək planları, onların uzaqgörənliyi zəruridi. Bu il Premyer Liqada “Səbail” klubu o qədər də yaxşı strat götürmədi, buna baxmayaraq xallarımızın sayı çoxalacaq, o öz yerində. Amma klubun daha yaxşı oynaması üçün maddi-texiki baza yaxşılaşmalıdı. Bunun da əsas meyarı meydançalardı.İlin sonuna böyük ehtimalla bütün meydançalarımız hazır olacaq. Komandanın yaxşı çıxış etməsi üçün ambisiyalı məşqçi olmalıdı. Bu da önəmlidi. Bizdə bu cür məşqçi var – Samir Əliyev. Kifayət qədər ambisiyalı, cavan, enerjili və daim öyrənməyə çalışan mütəxəssidi. O da bizim üstünlüyümüzdü. Uşaqlar da ondan enerji alır və daha yaxşı oynamağa çalışır. Akademiya məşqçilərinə gəlincə, buraya gələn məşqçilərin bilik səviyyəsi birinci komandada olan məşqçi ilə ən azı eyni olmalıdı. Çünki uşaqlara bu yaşda nəyin öyrədilməsi çox vacibdi. Püxtələşmiş vatxda uşaqlar ancaq taktiki gedişlərdən bəhrələnəcək. Təməl texnika və futbol anlayışı uşaqlara erkən yaşlardan öyrədilməlidir. Belə olmasa, uçurum yaranacaq. Ona görə də məşqçi seçimlərinə çox fikir veririk, onların təhsilinə, məşq prosesinə nəzarət edirik. Onlar mütəmadi olaraq öz üzərində işlədikcə uşaqlar da böyüyür və sonda bizə lazım olan nəticəni verir – oyunçu yetişdirir. Əslində biz akademiyada gələcək üçün əsas komadandanın – “Səbail”in çempionluğunun təməlini qoyuruq. Yaş qrupları üzrə liqalarda isə bizim çempionluq kimi niyyətimiz yoxdu. Ola bilsin ki, növbəti il yetirmələrimizin bəziləri başqa klublarda oynayacaq. Bu bizi üzmür. Onlar harada inkişaf edəcəksə, orda olmalıdır. Biləcəyik ki, Azərbaycan futboluna kimisə qazandırmışıq. Bu da “Səbail”in uğuru olacaq. Ancaq hadisələri qabaqlamayaq. Əsas olan bizdə məşqçilərin təlimi və tədrisidi. Onların inkişaf etməsidir. Bunun üçün şəraitin yaxşılaşdırılmasına çalışacağıq. Məşqçilərin təyin olunmasında yaşadığımız mühüm problem var. Bu da onların məvacibidir. Məşqçilərin, düzgün işləyən mütəxəssislərin yüksək məbləğdə pul istəməsi normaldı, onların gəliri yaxşı olmalıdı. Əgər püxtələşmiş oyunçuya hansısa durumu başa salmaq üçün sizə 5-10 dəqiqə lazımdısa, aşağı yaş qruplarında bu belə deyil. Uşağa nə qədər çox deyilsə, o qədər yaxşıdı. Məşqçinin bütöv asudə vaxtını uşaqlar əlindən alır. Bu baxımdan düşünürəm ki, onlarım maddiyyatla bağlı şəxsi problemlərinin azlığı komanda rəhbərliyinə sərf edər. Çünki məşqçi tam gücü ilə diqqətini işinə cəlb edəcək, bu da heç şübhəsiz öz nəticəsini verəcək. Təbiidir ki, burada bəzi problemlər var: məşqçilərin öz biliyinə uyğun pul istəməməsi. Elə durumlarla da rastlaşmışıq. Çalışırıq ki, belə problemləri öz daxilimizdə həll edək. Amma yenə də, düşünürəm ki onların məvacibi azdı. Gələcəkdə onların lisenziyasına uyğun olaraq məvaciblər artırılacaq. Məşqçilərin də çatışmayan cəhəti öz üzərlərində işləməməsidir. Bəlkə də onlar buna macal tapa bilmirlər. Vəsait də yoxdu. Hər komanda bacardığı qədər öz məşqçilərinə kömək olmalıdı. Komanda olaraq biz işlər görürük. Onların kateqoriyalarda iştirakı qismən klub tərəfindən təmin olunur. Gələcəkdə də müəyyən seminarlar nəzərdə tutulub. Onların mövcud biliklərini aşkar etmək və daha yeni nəsə öyrədilməsi üçün bu seminarların keçirilməsi vacibdi. Təkcə futbolda deyil, hər sahədə kiçik problemlər olur. Onlar hər zaman var. Böyük işdə xırda problemlər olmur. Çünki bütün problemlər böyükdü və onların vaxtında öhdəsindən gəlməsək, onlar sonda böyüyüb ciddi başağırısı ola bilər. Futbolda olan reallığa qayıtsaq, komandada olan ən böyük problem meydançadır, onun örtüyüdü. Təbii ot örtüyü mütləqdi. İstəyərdim ki, uşaqlar süni örtükdən uzaq dursunlar və özlərini təbii ot örtüyünə öyrəşdirsinlər. Digər problem isə maliyyə ilə bağlıdı. Onlar da həll olunmayanda böyük fəsadlara yol açır. Amma ümumi olaraq, futbol üçün lazım olan hər bir şərait var. Məşqçilərin işinə mane olmuruq, onlar rahat işləyə bilərlər. Gələcəkdə gənclərdə “Səbail” adına inam olacaq, bunun üçün işləyirik. Əsas olan komanda uğrunda oynamaqdı”. Ardı var…

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

 

Son yazılar

To Top