Ölkə futbolu

Kubokda cəmi 12 komanda – püşkün vaxtı bilindi

06.11.2018 , 17:31

Azərbaycan kubokunda 2018/2019 mövsümünün püşkü noyabrın 14-də atılacaq

Bu barədə Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib. Onun sözlərinə görə, kubokda 12 komanda mübarizə aparacaq. Bunlar 8 Premyer Liqa təmsilçisi ilə yanaşı, birinci diviziondan “Kəpəz”, “Qaradağ Lökbatan”, “Ağsu” və “Şüvəlan” klublarıdır.

Ölkə kuboku dekabrın 6-da, 1/8 final mərhələsindən start götürəcək. Bu mərhələnin qarşılaşmaları bir oyundan ibarət olacaq. İlkin mərhələdə Premyer Liqanın 4 klubu istirahət edəcək. Həmin komandalar mübarizəyə 1/4 finaldan başlayacaqlar. Bu mərhələdə isə qalibi ev (15-16 dekabr) və səfər (19-20 dekabr) matçları müəyyənləşdirəcək.

Qeyd edək ki, ölkə kubokunun finalı mayın 19-da olacaq.

qol.az

Facebook Şərhləri

Son yazılar

Yuxarı