big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Avropa liqası

“Komandada mən nə deyirəmsə, qanundur” – Kamran Ağayev

20.07.2018 , 10:57

“Keşlə”nin kapitanı Kamran Ağayev Avropa Liqasının birinci təsnifat mərhələsinin “Baltsan”la cavab oyunundan (2:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, Avroliqada mübarizəni dayandırmalarının səbəblərini açıqlayan qolkiper maraqlı fikirlər səsləndirib.

– Səfərdə böyük hesabla (1:4) uduzmağınıza baxmayaraq, mərhələ adlayacağınıza inananlar az deyildi. Bunu gerçəkləşdirə bilməməyinizə nə mane oldu?
– Maltada gic-gic qollar buraxdıq. Elə səhvlər etdik ki, qapımızda 4 top gördük. Hansı səbəblərdən belə alındığını bilmirik. Amma bugünkü oyunun ilk hisəsində əlimizə düşən imkanlardan yararlana bilmədik. Son dəqiqələrdəki yorğunluqdan da istifadə edib qol vurdular. İnsan yorulanda səhv edir. Çünki biz onlardan ikiqat çox hərəkət edirdik. Qol vurmağa çox həvəsli idik. Sona yaxın yorulduq, nəticədə də qol buraxdıq. Qismət belə imiş.

– Rəqib sanki bura futbol oynamağa yox, yerdə sürünməyə gəlmişdi…
– Bunu “Keşlə”də oynadığım üçün demirəm. Mərhələni adlasaydıq, növbəti rəqibi də keçmək şansımız var idi. Amma “Baltsan” kimi komandanın UEFA turnirində oynaması dəxlisiz bir şeydir. Sadəcə, səfərdə heç nədən 4 qol buraxdıq. Orda buraxılan qollar, müdafiənin zəif çıxışı belə sonluğa gətirdi.

– Buraxılan qol epizodunda Məmməd Quliyev nə etmək istəyirdi?
– Məmməd gənc futbolçudur, o səhvləri mən də etmişəm. Bütün futbolçuların başına gələ bilər, çünki onlar robot deyillər. Əli tərləmişdi deyə autu yaxşı ata bilmədi. Gözlənilməz bir vəziyyət idi. Ona görə də qol buraxdıq.

– Rəqib vaxt aparsa da, “Keşlə”nin futbolçuları heç bir etiraz etmirdi. Həmin anlarda hamı sizdən nəsə etiraz gözləyirdi…
– Guya nəsə etsəydim, nə dəyişəcəkdi ki? Olan olacaqdı. Mən də belə şeylər etmişəm. Fikirləşirdim ki, hakim əsas vaxta 6 dəqiqə əlavə edər. Amma bunlar bəhanə olmamalıdı. Biz burda deyil, Maltada qələbə qazanmalı idik.

– Növbəti mərhələyə hansı komanda layiq idi?
– Siz özünüz qiymət verin. Biz orda da bu cür oynayırdıq. Sadəcə, rəqib orda əks-hücumlardan maksimum yararlandı.

– Son dəqiqələrdə 3-cü qolun vurulacağına inanırdınızmı?
– Əlbəttə ki, inanırdım. Komandama yenə də inanıram. “Keşlə” klubu da olsa, Azərbaycanı təmsil edirik. Komandada kapitan sarğısını daşıyıram, hamı hörmət edir. Nə deyirəmsə, qanundur. Bu gün 3 qol vura bilərdik. Bu komandanı “Keşlə”yə rəqib görmürdüm. “Baltsan” bizim çempionatın autsayderindən də zəifdir. Sadəcə, futbolçuları individual cəhətdən güclü idi. Amma futbol kollektiv idman növüdür. Bu gün də əlimizdən gələni etdik. Deməli, qismət deyil. Biz alnımızın təri ilə Qəbələdə ölkə kubokunu qazanmışıq. Ancaq “Baltsan”ı keçə bilmədiyimiz üçün Azərbaycan xalqından üzr istəyirəm. Yəqin ki, tənqidlər olacaq. Meydanda əlimdən gələni etdim. Hətta Allaha yalvarırdım. Uşaqlara deyirdim ki, özünüzə inanın. Çox istərdim ki, mərhələni keçək. İnşallah, Azərbaycan futbolunun durumu yaxşılaşar, komandalarımızın sayı artar. Həyat davam edir. Oyunumuzu daha da yaxşılaşdırmağa çalışmalıyıq. Əsas odur ki, futbol oynaya bilirik, “Baltsan” kimi deyilik. Belə təsadüfi qələbə bir dəfə olur. Onlar qələbə qazanmadı, biz uduzduq.

qol.az

Son yazılar

To Top