Futbol

“Komanda əlindən gələni etdi” – “Qəbələ”nin məşqçisi

07.11.2018 , 20:52

“Almaniya çempionuna qarşı oynayırdıq. Rəqibin oyununu təhlil etmişdik. Bilirdik ki, hücum futbolu oynayıb, rəqibini meydanın ona aid hissəsində təzyiq altında saxlamağa üstünlük verən komandadır. Qarşılaşmanın ilk yarısında yaxşı oynadıq. Rəqibə heç bir imkan vermədik. Fasilədən sonra öz səhvlərimizdən üç qol buraxdıq. Ümumilikdə komanda əlindən gələni etdi. Cavab matçına daha yaxşı hazırlaşıb, rəqibi yenə analiz edəcəyik. Səfərdə yaxşı oyun nümayiş etdirməyə, yaxşı nəticə qazanmağa çalışacağıq”.

Bu sözləri “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Emin İmaməliyev UEFA Gənclər Liqasının ikinci mərhələsinin ilk oyunu çərçivəsində “Herta” 1:3 hesabı ilə uduzduqları matçı şərh edərkən deyib.

“Bilirik ki, ağır olacaq. Amma futbolda mümkünsüz heç nə yoxdur. Penaltini kimin vuracağı əvvəldən müəyyənləşdirilir. İstənilən futbolçu, hətta ulduz oyunçular da 11 metrlik cərimə zərbəsini qaçıra bilər. Təbii ki həmin epizodda qol olsaydı, matçın axarını dəyişə bilərdik. Biz futbolçuya dəstək olmalıyıq ki növbəti matçlarda özünə daha çox inansın. Bir daha vurğulayım ki, Almaniya çempionuna qarşı oynayırdıq. Onların və bizim mübarizə apardığımız çempionatlar, qarşılaşdığımız rəqiblər arasında fərq var. Buna baxmayaraq rəqib meydanında ilk oyundakından daha çox mübarizə aparacağıq” – deyə o bildirib.

 

qol.az

Facebook Şərhləri

Son yazılar

Yuxarı