“Keşlə” “Səbail”i məğlub etdi
03.09.2018 , 11:24
Azərbaycan millisinin oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Səbail” və “Keşlə” bu gün yoxlama matçında üz-üzə gəliblər.
“Bayıl Arena”da ba. tutan oyunda hesabı “Səbail” açıb. Lakin qalan dəqiqələrdə iki qol vuran “Keşlə” bu matçdan əzmkar qələbə ilə ayrılmağa nail olub.
Yoxlama oyunu
2 sentyabr
“Səbail” – “Keşlə” 1:2
Qollar: Kevin Kubemba – Slavik Alxasov, Nikola Mitroviç.