Ölkə futbolu

“Keşlə” 7 futbolçu ilə müqavilə müddətini artırıb

14.06.2018 , 02:25

“Keşlə” yeni mövsüm üçün heyətini formalaşdırmaqda davam edir.

Paytaxt klubu 7 futbolçusu ilə yeni müqavilə imzalamağa qərar verib. Belə ki, klub rəhbərliyi Tərlan Quliyev, Cabir Əmirli, Andre Klennon, Murad Qayalı, Denis Silva Kruz və Adrian Skarlatake ilə 1 illik, Sərtan Taşkınla isə 2 illik yeni müqavilə imzalayıb.

Xatırladaq ki, paytaxt klubu daha öncə Azər Salahlı, Fuad Bayramov və Slavik Alxasov ilə də müqavilə müddətini artırmışdı.

Son yazılar

Yuxarı