Basketbol

Kavay Leonard üçün iki seçim: “Leykers” və ya “Siksers”!

13.06.2018 , 21:00

“San Antonio” komandasının basketbolçusu Kavay Leonardın komandasının dəyişəcəyi haqda söz-söhbətlər səngimir. Amerika KİV-lərinin verdiyi məlumata görə, oyunçu ilə “Los-Anceles Leykers” və “Filadelfiya 76ers” komandası maraqlanır.

Məlumata görə, hər iki komandanın heyətində mübadilə üçün kifayət qədər cavan oyunçularının olması bu keçidin baş tutmasını daha real edir. Bundan başqa, Leonardın istədiyi maksimal müqavilə şərtini hər iki komanda ödəyə bilər.

 

Son yazılar

Yuxarı