Daha öncə İspaniya yığmasında çalışmış, hazırda isə Çin millisinin baş məşqçisi olan Xose Antonio Kamaço "Qızıl Top" sahibinin kim olacağı ilə bağlı fikirlərini bölüşüb.
Korner.az-ın məlumatına görə, o yalnız İspaniyalı futbolçulara səs verəcəyini bildirib.
"Mən şəxsən İnyesta, Kasilyas və Xaviyə səs verəcəm. Onların dünyanın ən yaxşı futbolçuları adına layiq olduğunu hesab edirəm", deyə Kamaço bildirib.