“Kəpəz” Topaz Premyer Liqasında cari mövsümün son oyununa hazırlığı Bakıda keçirir.
XXVIII turda evdə “Neftçi”ni qəbul edəcək “sarı-göylər” dünəndən qarşıdakı matç üçün məşqlərə başlayıblar.
Komanda mayın 18-də Gəncəyə gələcək. “Kəpəz” həmin gün və ertəsi doğma meydanda keçirəcəyi çalışmalarla tarixi derbiyə hazırlığı başa vuracaq.