Cüdo

İsveç Cüdo Federasiyası: Bakıdakı dünya çempionatında ən yaxşı təşkilatçılıq gözləyirik”

03.09.2018 , 13:34

“Dünya çempionatı üçün hazırlıq plana uyğun şəkildə davam edir. Heç bir idmançımız zədəli deyil. Hədəfimiz Bakıda 2 medal qazanmaqdır”.
Bunu İsveç Cüdo Federasiyasının baş katibi Erik Vesterlund Bakıda keçiriləcək dünya çempionatına hazırlıqla bağlı danışarkən deyib. O, bildirib ki, kişilərin yarışında 73 kq çəki dərəcəsində çıxış edən Tommi Masias və qadınların mübarizəsində 70 kq çəkidə yarışdan Anna Bernholmdan medal gözləyirlər.
O, dünya çempionatının yüksək təşkilatçılıq şəraitində keçəcəyinə əminlik ifadə edib: “Komandamız rəqiblər haqda lazımı məlumatlara malikdir. Bakıda yarışda ən yaxşı təşkilatçılıq gözləyirik”.
Qeyd edək ki, cüdo üzrə dünya çempionatı 20 – 27 sentyabrda Milli Gimnastika Arenasında təşkil olunacaq.
Facebook Şərhləri

Son yazılar

Yuxarı