big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

İ”Rəvan”da hal qalmadı

04.01.2014 , 16:12

"Rəvan”da baş məşqçi dəyişikliyi baş verib. Şahin Diniyev qeyri-qənaətbəxş nəticələr və özündə komandanı irəli aparmaq potensialı görmədiyinə görə istefaya gedib". Bu mövsüm üçüncü baş məşqçisini də dəyişən "Rəvan"ın açıqlamasıdı bu. Lap "yaxşı", bu, Şahin müəllimin haqqıdı. İstefa vermək, istefaya göndərilmək futbolda normal haldı. Amma "Rəvan", artıq sözün həqiqi mənasında, ağını çıxarıb. Açıq danışsaq, mən Şahin müəllimin səmimiyyətinə inanıram, amma burda "məşqçi göndərməkdə ixtisaslaşmış" "Rəvan" rəhbərliyinin də rolunun olduğunu da düşünürəm.

Klubdan deyilir ki, o, 3 gün əvvəl istefa verib, amma qəbul olunmayıb, sonra ikinci dəfə ərizə yazıb, qəbul olunub. Halbuki Diniyev bu üç gün ərzində mətbuata açıqlamalar verir, neçə futbolçunu göndərəcəyini, neçəsini gətirəcəyini, bir sözlə, planlaşdırdığı "qorboçovsayağı perestanovka"larından danışırdı. Bəs bu 3 gündə nə dəyişdi? Nə baş verdi axı? Hər halda, Diniyev millimizdə baş məşqçi ikən daha çox təzyiqə məruz qalırdı, amma bu qədər tez vaz keçmirdi. Hələ onu da deyib ayıb etmək istəmirəm ki, millimizə bütün ölkə, "Rəvan"a isə yalnız komandanın "dublyorları" azarkeşlik edir. Məsələ az-çox aydın olur. Demək, bu hal, o haldan deyil. 

Şahin müəllim istədiyi diqqəti görməyib, Bəlkə də, ona verilən sözlər tutlmayıb. Bilmirəm, bu işdə "bəlkə" çoxdu, amma fakt budu ki, "Rəvan"da Diniyev dönəmi bitdi. Onsuz da hansı məzhəbə qulluq etdiyi bilinməyən, niyə yaranıb nə kimi məqsədləri olduğu agah olmayan qəsəbə komandasında "məşqçidəyişmə dönəmi" hələ bitməyib. Belə getsə, heç bitəcəyi gözlənilmir də.

…Şahin müəllimin səmimiyyətinə inanıram. Ancaq cəsarət də yaxşı xüsusiyyətdi. Son açıqlamasında gah deyir ki, "sağ olsunlar, hər cür dəstək oldular", gah da deyir "istəklərimi yerinə yetirmirlərsə, necə qalım?" Bu "paradoks tumu"nu sındır, görəcəksən, içindəki cəsarətsizlikdi. Diniyev riyakar olduğu üçün demir bunları. O, sadəcə istəyir ki "nə şiş yansın, nə kabab" – bunu bütün azərbaycanlı məşqçilər edir, bir növ, uzaqgörənlikdi bu. Bu "uzaqgörənliy"in səbəbini anlamaq çətin deyil. "Evləri köndələn yar" tamaşasında Surxayzadənin çox gözəl sözü var, deyir: "Vaxtın olanda gəl, mən sənə örkənlə doğanağın səmimi münasibətindən mühazirə deyim". 

Yəni örkən nə qədər uzun olsa da, yolu doğanaqdan keçər. Şahin Diniyevin də yolu nə vaxtsa yenidən "Rəvan"dan, yaxud başqa bir klubumuzdan keçə bilər. Onsuz da bütün klublarımız eyni "PFK"dı. Ona görə də Diniyev açıb-ağartmaq istəmir hər şeyi. Kişi gələcək çörəyinə bais olmaq istəmir.

Əlqərəz, Şahin müəllim halını toplayıb, getdi. Bəs "Rəvan"ın aqibəti necə olacaq? Hər kəsin oyunçu transfer edib mövsümün davamı üçün plan qurduğu bir vaxtda… Onsuz da işi çətin, vəziyyəti ağır olan İ"Rəvan"da hal qalmadı…

Son yazılar

To Top