Sabah “Dalğa Arena” stadionunda Avroliqanın birinci təsnifat mərhələsi çərçivəsində “İnter” və “Trans” komandaları arasında keçiriləcək cavab qarşılaşması canlı yayımlanacaq. Korner.az-ın məlumatına görə, oyun tv.inter.az saytı vasitəsilə canlı yayımlanacaq. Əlavə edək ki, “İnter” – “Trans” qarşılaşması saat 21.00-da başlayacaq.