Futbol

“İnter” öz rekordunu yenilədi

14.01.2019 , 21:32

“İnter” İtaliya kubokunun 1/8 final mərhələsində “Benevento”nu 6:2 hesabıyla məğlub edib.

Milan təmsilçisi bu nəticəylə öz rekordunu təzələyib. Belə ki, “İnter” sonuncu dəfə 1971-ci ildə ölkə kuboku çərçivəsində “Recina” klubuna 6 qol vurmuşdu. “Neradzurra” həmin matçda 6:0 hesabıyla qələbə qazanmışdı.

“Benevento”nun qapısına 2 qol vuran Lautaro Martines isə “İnter”in heyətində ilk dəfə dubla imza atıb.

“İnter” İtaliya kubokunun 1/4 final mərhələsində “Latsio”yla qarşılaşacaq.

Son yazılar

Yuxarı