Dünya Çempionatı

İngiltərə DÇ-ya ev sahibliyi etmək üçün Azərbaycandan dəstək istəyib

09.07.2018 , 13:40

İngiltərə Futbol Assosiasiyası 2030-cu ildə keçiriləcək dünya çempionatının təşkilatçılığı uğrunda mübarizədə dəstək almaq üçün AFFA-ya müraciət edib.

Bununla bağlı qurumun sədri Qrek Klark Azərbaycanda səfərdə olub.  “Daily Mail” nəşrinin yaydığı məlumata görə, AFFA İngiltərə Futbol Assosiasiyasının müraciətinə müsbət cavab verib.  İngiltərə 2006-cı ilə keçirilən və hazırda davam edən dünya çempionatlarına namizədliyinə irəli sürsə də, qələbə qazana bilməyib. Qurum bu dəfə xüsusən kiçik ölkələrin dəstəyini almaqla, istəyinə çatmağı hədəfləyib. Klark Azərbaycanla yanaşı, Gürcüstan və Rusiyaya həmsərhəd olan digər ölkələrdə də olub.

Qeyd edək ki, qalib ölkə FİFA-ya üzv 211 ölkə arasında səsvermə nəticəsində müəyyənləşir. İngiltərə 1966-cı ildə dünya çempionatını təşkil edib.

Facebook Şərhləri

Son yazılar

Yuxarı