Velosiped

İlk bilet Prezident İlham Əliyevə təqdim edilib

19.03.2018 , 14:55

Bu gün Bakıda Azərbaycan xalqının milli bayramı – Novruz münasibətilə ümumxalq şənliyi keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər.

Şənlik zamanı Prezident İlham Əliyevə BMX velosipedi üzrə dünya çempionatının ilk bileti təqdim olunub.

Qeyd olunub ki, son illər inkişafda olan idman növləri arasında cüdo da xüsusilə seçilir. Sentyabrın 20-27-də Bakıda cüdo üzrə dünya çempionatı keçiriləcək. Çempionatda 150-dək ölkədən 800-yə yaxın idmançının iştirakı gözlənilir. Azərbaycan milli komandası dünya çempionatında tam heyətlə iştirak edəcək. Yarışlar Milli Gimnastika Arenasında keçiriləcək. Dövlət başçısına cüdo üzrə dünya çempionatının ilk bileti təqdim edilib.

report.az

Facebook Şərhləri

Son yazılar

Yuxarı