Dünya Futbolu

İkardi “İnter”dən ayrılır

14.02.2019 , 13:34

İtaliyanın “İnter” klubu müqaviləni uzatmaqla bağlı razılığa gələ bilmədiyi Mauro İkardidən kapitanlıq sarğısını aldı.

Argentinalı hücumçu Milan təmsilçisinin Avropa Liqasının 1/16 final mərhələsində Vyana “Rapid”i ilə keçiriləcək görüşün iştirak ərizəsinə salınmayıb.

25 yaşlı forvardın “İnter”lə 2021-ci ilə kimi müqaviləsi var.

Qeyd edək ki, 2013-cü ildə “Sampdoriya”dan transfer edilən futbolçu 210 oyuna 122 qol vurub

Son yazılar

Yuxarı