Ölkə futbolu

İDDİA: “Qarabağ” Billiata 400 min avro təklif edib

19.06.2018 , 12:48

Uzun müddətdi adı “Qarabağ”la hallanan Xama Billiata Ağdam klubu illik 400 min avro ödəməyə hazırdı. Bu barədə Zimbabve mətbuatı məlumat yayıb.

Bildirilir ki, bu ayın sonunda Cənubi Afrika Respublikasının “Mamelodi Sandaunz” klubu ilə müqaviləsi başa çatacaq forvardın azad agent kimi Azərbaycan çempionuna keçidi realdı. Çünki hələlik ən yaxşı şərtləri məhz “Qarabağ” təklif edir.

Ağdam klubundan başqa Rumıniyanın “Styaua” klubu da Zimbabve millisinin üzvünün xidmətində maraqlıdı ki, onların təklif etdiyi məbləğ daha aşağıdı. Son məlumata görə isə Misirin tanınmış klublarından “Zamalek” də Billiatı heyətinə cəlb etmək istəyir.

Facebook Şərhləri

Son yazılar

Yuxarı