Digər idman növləri

Həbibin Konor üzərində qələbəsi ləğv oluna bilər

07.10.2018 , 09:54

Bu gün UFC-nin 229-cu turniri keçirilib. Günün ən maraqla gözlənilən qarşılaşması olan Həbib – Konor döyüşündən sonra gözlənilməz anlar yaşanıb.

Görüşün 4-cü raundunda rəqibini boğucu fəndlə məğlub edən Həbib Nurməhəmmədov qarşılaşma bitdikdən sonra azarkeşlərə hücum edib. Kənardan ona təhqiramiz ifadələrin ünvanladığı iddia olunur. Emosiyalarını cilovlaya bilməyən dağıstanlı döyüşçü oktaqonu tərk edib və Konor Makqreqorun komandasının üzvünə hücum edib.

UFC qaydalarına görə isə bu hal yolverilməzdir. Bu səbəbdən, Həbibin nəticəsi ləğv oluna bilər. Məsələyə daha dəqiq bir saat sonra keçiriləcək mətbuat konfransında aydınlıq gələcək.

Facebook Şərhləri

Son yazılar

Yuxarı