Digər idman növləri

Futzal millimizin bütün rəqibləri müəyyənləşdi

03.02.2019 , 11:57

Futzal üzrə Azərbaycan milli komandasının final mərhələsi 2020-ci ildə Litvada təşkil ediləcək dünya çempionatının əsas mərhələsindəki son 2 rəqibi müəyyənləşib.

3-cü qrupda yer alan yığmamız Slovakiya ilə bərabər, Moldova və Monteneqro komandaları ilə də qarşılaşacaq. İlkin mərhələdə çıxış edən Moldova H qrupunun qalibi, Monteneqro isə G qrupunun ikincisi kimi mübarizəni davam etdirmək hüququ qazanıb.

Millimizin yer aldığı 3-cü qrupun oyunları oktyabrın 22-dən 27-dək Bakıda keçiriləcək. Qrupda ilk iki yeri tutacaq komanda elit-raunda vəsiqə qazanacaq.

Son yazılar

Yuxarı