Formula1

“Formula 1” üzrə Melburn Qran-prisinin qalibi məlum olub

25.03.2018 , 11:19

“Formula 1” üzrə 2018-ci il dünya çempionatına start verilib.

Mövsümün ilk Qran-prisi Avstraliyanın Melburn şəhərində təşkil olunub.

Yarışın qalibi adını “Ferrari”nin almaniyalı pilotu Sebastyan Fettel qazanıb. O, 58 dövrəlik mübarizəni 1 saat 29 dəqiqə 33,283 saniyəyə başa vurub. Fettel qalib olduğu üçün aktivinə 25 xal yazdırıb.

İkinci yeri ondan 5,036 saniyə geri qalan “Mercedes”in böyük britaniyalı pilotu Lüis Hemilton qazanıb. Hemilton 18 xal toplayıb. “Ferrari”nin finlandiyalı pilotu Kimi Raykonnen isə liderdən 6,309 saniyə geri qalaraq, üçüncü olub. O, 15 xala yiyələnib.

Ümumilikdə 20 pilotdan 5-i yürüşü başa vura bilməyib. Daha 5 pilot isə xalsız qalıb.

Növbəti Qran-pri aprelin 8-də Bəhreyndə keçiriləcək.

Facebook Şərhləri

Son yazılar

Yuxarı