Braziliyada keçiriləcək DÇ-2014-ün final mərhələsinin təqvimi bəlli olub.
Korner.az-ın FİFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq oyunların başlama saatı da açıqlanıb. 2014-cü ilin iyun ayının 12-də Sao Paulo şəhərində start veriləcək dünya çempionatının açılış oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Qrup mərhələsinin oyunları Bakı vaxtı ilə saat 16:00, 19:00, 20:00, 21:00, 22:00 və 00:00-a təyin olunub.
Çempionatın play-off" mərhələsinin görüşləri saat 16:00 və 20:00, yarımfinal oyunlarına saat 20:00-da start veriləcək. Dünya çempionatının final matçı isə Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.
Qeyd edək ki, DÇ-2014-ün final matçı "Marakana" stadionunda keçiriləcək.