Futbol

Elxan Məmmədov milli ilə görüşdü

10.11.2018 , 17:32

Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov “Dalğa Arena”nın ərazisində yerləşən Milli komandaların Məşq Mərkəzində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə görüşüb

Azərbaycan milli komandasının baş məşçisi Qurban Qurbanov və U-21 yığmasının çalışdırıcısı Rəşad Sadıqov görüşdə iştirak edib. Baş katib çıxış edərək Avropa çempionatının seçmə mərhələsində U-19-a uğurlar arzulayıb, müvafiq tövsiyələrini verib. Komandanın baş məşqçisi Vüqar Məmməd göstərilən diqqətə görə minnətdarlığını bildirib, seçmə mərhələdə uğur qazanmağa çalışacaqlarını deyib.

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində yığmamız 1-ci qrupda mübarizə aparacaq.

Futbolçularımız noyabrın 14-də İsrail, 3 gün sonra Gürcüstan, 20 noyabrda isə Lixtenşteyn yığması ilə qarşılaşacaq. Bu qrupun oyunları Gürcüstanın paytaxtı Tiflisdə təşkil olunacaq.

Son yazılar

Yuxarı