Futbol

Elvin Məmmədov “Sumqayıt”la müqavilə imzalayıb

11.06.2018 , 12:52

Əfran İsmayılovun ardından komanda daha bir futbolçu ilə müqavilə bağlayıb. Belə ki, ötən mövsümü “Qəbələ”də keçirən Elvin Məmmədov qarşıdakı mövsümdə “Sumqayıt”ın şərəfini qoruyacaq.

Nəzərinizə çatdıraq ki, Elvin Məmmədov “Qəbələ” (11 oyun, 2 qol) ilə yanaşı “Turan” (47 oyun, 3 qol), “İnter” (52 oyun, 5 qol), “Qarabağ” (70 oyun, 3 qol), “Bakı” (73 oyun, 3 qol) və “Zirə”nin (40 oyun 5 qol) uğurları üçün çalışıb. 2008-ci ildə ilk dəfə əsas milliyə dəvət almış Elvin yığmamızın heyətində 37 qarşılaşmada 7 qola imza atıb.

Facebook Şərhləri

Son yazılar

Yuxarı