Dzaqoyevin durumuna aydınlıq gəldi
15.06.2018 , 12:27
Rusiya millisinin futbolçusu Alan Dzaqoyev DÇ-2018-in qrup mərhələsində Səudiyyə Ərəbistanı ilə matçda zədələnib.
Onun bir-iki həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Bu isə o deməkdir ki, 27 yaşlı yarımmüdafiəçi Misir və Uruqvayla oyunları buraxacaq.
Qeyd edək ki, Rusiya – Səudiyyə Ərəbistanı matçı birincilərin 5:0 hesablı qələbəsi ilə başa çatıb.