Dünya Futbolu

Droqba futboldan getdi

09.11.2018 , 16:57

“Çelsi” və “Qalatasaray”ın sabiq futbolçusu Didye Droqba karyerasını bitirib

40 yaşlı hücumçu MLS-in aşağı liqasında iştirak edən, sahibi və oyunçusu olduğu “Foneks Risinq”in kubokun final matçında “Louisville Siti”yə 0:1 hesabı ilə məğlub olduğu görüşün ardından futbolçu karyerasının sona çatdığını açıqlayıb.

Qeyd edəkk ki, klub karyerası ərzində 685 oyuna çıxan Fil Dişi Sahili millisinin keçmiş üzvü 300 qol vurub, 114 məhsuldar ötürmə edib. Droqba milli komandanın heyətində 105 oyunda 65 qol vurub.

Son yazılar

Yuxarı