NBA

Donçiç: “Madrid məndən çox Ronaldodan ötrü darıxır”

06.11.2018 , 13:16

“Dallas”ın basketbolçusu Luka Donçiç keçmiş klubunu xatırlayıb. 6 il Madrid “Real”ından oynayan Luka komandası haqda bunları deyib:

“Real”, əgər NBA-i saymasaq, dünyanın ən yaxşı komandasıdır. Burada əla günlər keçirmişəm və komandaya təşəkkür edirəm. Düşünürəm ki, Madrid məndən çox Ronaldodan ötrü darıxır. Çünki o, dünyanın ən güclü futbolçularından biridir”

Donçiç hal-hazırda “Dallas” komandasında oynayır və mövsümə elə də pis başlamayıb.

 

Facebook Şərhləri

Son yazılar

Yuxarı