Ölkə Kuboku

“Divizionla Premyer Liqa arasında fərq var” – Mehman Babayev

29.11.2017 , 13:06

“Kəpəz”i təbrik edirəm”. Bu sözləri “Binə”nin baş məşqçisi Mehman Babayev deyib.

Qəsəbə təmsilçisi Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində səfərdə “Kəpəz”ə məğlub olub və mübarizəni dayandırıb.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bidirib: “Divizionla Premyer Liqa arasında fərq var. İlk hissədə yaxşı oynasaq da, ikinci hissədə bacarmadıq. Komandama təşəkkür edirəm və “Kəpəz”ə növbəti oyunlarda uğurlar arzu edirəm”.

Facebook Şərhləri

Son yazılar

Yuxarı