Futbol

Dino Ndlovudan daha 2 qol

17.03.2018 , 14:24

Qış fasiləsində “Qarabağ”ı Çinin “Xançjou Qrintaun” klubuna dəyişən Dino Ndlovu yeni komandasının heyətində növbəti qollarını vurub.

Cənubi afrikalı hücumçu birinci liqanın 2-ci turunun “Dalian Transsend”lə oyununda “dubl” edib. 28 yaşlı fovard 67 və 71-ci dəqiqələrdə rəqib qapısına yol tapıb. Görüş “Xançjou Qrintaun”un 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Ndlovu ilk turun “Ney Monqol”la oyununda da fərqlənmişdi. Hazırda onun aktivində 3 qol var

Click to comment

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Son yazılar

Yuxarı