“Deportivo”nun sabiq prezidenti Auqusto Sezar Lendoironun səhhətində problemlər yaranıb.
72 yaşlı funskioner martın 16-da xəstəxanada ürəyindən əməliyyat olunub. Əməliyyat 3 saat davam edib. Onun vəziyyətində kiçik yaxşılaşma olsa da, həyati təhlükə hələlik sovuşmayıb. Klub Lendoiroya dəstək mesajı yayımlayıb.
Auqusto 1988-2014-cü illərdə “Deportivo”nun prezidenti olub. La Korunya təmsilçisi onun rəhbərliyi altında ən uğurlu dönəmlərindən birini yaşayıb.