Futbol

Dario Federikonun həyatı: fəhlə, satıcı, “Neftçi”nin futbolçusu

06.12.2018 , 13:06

“İlk hissədə iki qol vursaq da, azlıqda qaldıq. Fasilədən sonra da bir oyunçumuz qırmızı vərəqə aldı. Çətinliklərə baxmayaraq, “Sabah”a qalib gəldik və 3 xal qazandıq”.

Bu sözləri “Neftçi”nin vinqeri Dario Frederiko ölkəsinin mətbuatına verdiyi açıqlama deyib. Premyer Liqanın 13-cü turunda “Sabah”a qalib gəldikləri oyundan danışan Frederiko “Qarabağ”ın Avropa Liqasında “Sportinq” 1:6 hesablı hesablı məğlubiyyətinə də toxunub: “Belə hesab hər bir futbolçuya mənfi təsir edir. Ancaq “Qarabağ”ın futbolçuları yaxşı bilir ki, bunun təsiri altında çox qalmaq olmaz. Onlar çempionatda yarışı davam edirlər. Fikrimcə, “Qarabağ işlərini qaydasına salacaq”.

Braziliya mətbuatında 27 yaşlı futbolçunun həyatı ilə bağlı qısa məlumat da verilib. Məlumatda qeyd edilib ki, Dario 18 yaşına çatanda valdeynləri ondan başqa iş tapmağı, ya da futbolda uğur qazanmalı olduğunu şərt qoyublar. Dario tikinti işində və supermarketdə çalışıb, həm də futbolla məşğul olub. Bir müddət sonra isə “Korintians”a qəbul olan futbolçu ailəsinin aruzusunu reallaşdırıb. Frederiko peşəkar karyerasına “AA Flamenqo” klubunda başlayıb. Braziliyalı oyunçu 2015-ci ildə Azərbaycana gəlib. O, “Kəpəz”də çıxış etdikdən sonra bu ilin yayında “Neftçi”yə keçib.

Son yazılar

Yuxarı